31 Mart 2021 17:09
911
İDMAN
A- A+

Azərbaycan millisi yenə xalsız qaldı

 

Türkiyə isə lider oldu

 

Azərbaycanın futbol üzrə milli komandası 2022-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatının seçmə mərhələsində Bakı Olimpiya Stadionunda Serbiyaya qarşı   növbəti oyununda da xal qazana bilmədi.
İtaliyalı mütəxəssis Canni de Byazinin yetirmələri ilk ev qarşılaşmasında matça bu heyətlə çıxmışdır: 12. Şahruddin Məhəmmədəliyev, 15. Bədavi Hüseynov, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 13. Abbas Hüseynov, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov, 7. Anatoli Nuriyev, 9. Əli Qurbani.
 Serblərin ən təhlükəli hücumçusu Aleksandar Mitroviç  16-cı dəqiqədə hesabı açdı. Oyunun ilk yarısı qonaqların üstünlüyü ilə keçsə də qapıçımızın etibarlı çıxışı balkanlıların hesabı artırmasına imkan vermədi. 29-cu dəqiqədə isə Əli Qurbani yaranmış əlverişli fürsəti boşa verdi.
Fasilədən sonra yığmamız xeyli fəallaşdı və serb müdafiəci Filip Kostiçin  Emin Mahmudova qarşı kobud hərəkətindən sonra israilli hakim Roy Reynşreyber  qonaqların qapısına penalti təyin etdi. Zərərçəkən özü  11 metrlik cərimə zərbəsini ustalıqla qola çevirib hesabı bərabərləşdirdi - 1:1. 
Bunda sonra millimiz bir daha fərqlənmək şansı qazansa da , Anatoli Nuriyev həmin imkandan yararlana bilmədi. Əvəzində isə Aleksandar Mitroviç 81-ci dəqiqədə dublunu gerçəkləşdirib. Bu, onun cari mərhələdə 5-cü qolu idi. 
İkinci hissədə meydançaya çıxan Mahir Əmrəli, Ramil Şeydayev,Təmkin Xəlilzadə və Elvin Cəfərquliyev oyunda dönüş yarada bilmədilər. Beləliklə, gərgin mübarizə şəraitində keşən görüş Serbiya millisinin 2:1 hesablı qələbəsilə başa çatdı.
Seçmə mərhələyə Portuqaliya millisinə 0:1 hesablı məğlubiyyətlə başlayan yığmamız A qrupunda qeyri -rəsmi oynayan Qətərə də 1:2 hesabı ilə məğlub olmuşdu. Beləliklə, hazırda komandamız sonuncu pillədə yer alıb.
Qeyd edək ki, qrupda turun digər görüşündə Lüksemburq Portuqaliyaya məğlub olub - 1:3.  3 turdan sonra Portuqaliya və Serbiya hərəyə 7 xalla 1-2-ci yerlərdə qərarlaşıb.
Bu arada Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Avropa zonasının G qrupunda yer alan  qardaş ölkənin təmsilçiləri 3-cü  turda Latviya ilə görüşüb. Matçın ikinci yarısında 2 top fərqilə irəlidə olan türklər üstünlüyü sonadək qoruya bilməmiş və görüş heç-heçə başa çatmışdır - 3:3.
İlk iki turda Niderlandı 4:2 və Norveçi 3:0 hesabı ilə məğlub edən Şenol Günəşin yetirmələri xal hesabını 7-yə çatdıraraq qrupda  liderliyi ələ keçirib.
 Növbəti turun matçları sentyabrda keçiriləcək. 

 

Rizvan CƏFƏROV, 
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video