23 Sentyabr 2011 12:09
891
Milli Məclis
A- A+

Azərbaycan Milli Məclisinin Sədrinin Türkiyəyə rəsmi səfəri davam edir

 

Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin dəvəti ilə Ankaraya rəsmi səfəri davam edir. 

Səfərin ikinci günü Milli Məclisin Sədri və onu müşayiət edən deputatlar, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və qardaş ölkənin respublikamızdakı səfiri Hulusi Kılıç Ankaradakı Yeniməhəllə rayonunda Heydər Əliyev Parkına gələrək ulu öndərin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə əklil, tər güllər qoymuşlar.

Milli Məclisin nümayəndə heyəti Yeniməhəllədəki Heydər Əliyev adına orta məktəbi də ziyarət etmişdir. Əllərində ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün portretlərini tutmuş şagirdlər O.Əsədova gül dəstəsi təqdim etmişlər. Məktəblilər milli rəqsləri ifa etmişlər.

O.Əsədov Heydər Əliyev adına orta məktəbə dörd kompyuter və printer hədiyyə etmiş, fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Milli Məclisin Sədri və onu müşayiət edən deputatlar Türkiyə Böyük Millət Məclisinin tarixi binası ilə də tanış olmuşlar. Mustafa Kamal Atatürkün sədrliyi ilə parlamentin ilk iclası keçirilən bina haqqında qonaqlara ətraflı məlumat verilmişdir.

O.Əsədov Ankaradan İstanbula yola düşmüşdür. Burada onun Türkiyə Prezidenti Abdullah Gül ilə görüşü gözlənilir.

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video