30 Iyun 2014 06:06
382
Elm və texnika
A- A+

“Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” təsdiq edilmişdir

AMEA-nın iyunun 30-da keçirilmiş ümumi yığıncağında “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” təsdiq edilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycanın bölgənin elm mərkəzinə çevrilməsi üçün zəmin yarandığını bildirmişdir. Qeyd olunmuşdur ki, dövlətimizin başçısı İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkəmiz üçün bütün prioritet istiqamətlərdə, o cümlədən elm sahəsində əsas inkişaf hədəfləri müəyyənləşdirilmişdir. Konsepsiyada elmi potensialın inkişafı və ondan ölkəmizin tərəqqisi üçün istifadə mühüm məqsəd kimi qarşıya qoyulmuşdur. “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” məhz həmin sənəddəki məqsəd və vəzifələrdən irəli gəlir.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev sənədin əhəmiyyətindən danışaraq vurğulamışdır ki, konsepsiyada elmin inkişafının dövlətin vacib vəzifələrindən biri kimi müəyyən edilməsi, elmi tədqiqat müəssisələrində və ali məktəblərdə həyata keçirilən tədqiqatların vahid mərkəzdən idarə olunması, regionlarda elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, texnoparklar şəbəkəsinin genişləndirilməsi kimi mühüm məsələlər əksini tapmışdır. Sənəddə AMEA-nın infrastrukturunda fəaliyyət göstərən funksional xidmətlərin metodik və maddi-texniki bazasının yaradılması, elmi məhsulun qiymətləndirilməsi və satılması, intellektual mülkiyyətin beynəlxalq bazara çıxarılması kimi aktual məsələlərdən də bəhs edilir. Konsepsiyada qeyd olunur ki, elmi-texniki siyasət dövlət strukturları, sənaye birlikləri, bank kapitalı və kiçik biznes nümayəndələrinin iştirakı ilə müəyyənləşdirilməli və həyata keçirilməli, həmçinin elmin informasiya təminatını inkişaf etdirmək məqsədi ilə elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələr işinin inkişafı sürətləndirilməlidir. Bundan əlavə, “AMEA-nın eksperimental texnoparkı” elmi-texniki proqramı işlənilib hazırlanmalı, elmi avadanlığın yenilənməsi üzrə dövlət proqramı qəbul edilməli, elm və istehsalın inteqrasiyasını reallaşdırmaq üçün “elm və sənaye” müştərək layihələrini maliyyələşdirən xüsusi qrant fondu yaradılmalıdır.
Bildirilmişdir ki, akademiyanın ölkədə beynəlxalq elmi layihə və proqramlarını həyata keçirən mərkəz kimi formalaşdırılması da konsepsiyada vacib məsələlərdən biri kimi irəli sürülür. Sənəddə alimləri tədqiqatlara daha da həvəsləndirmək niyyəti ilə dövlət tərəfindən təqaüd və qrant imkanlarının artırılması, dünyanın aparıcı elmi müəssisələrində araşdırmalar aparmaq imkanlarının genişləndirilməsi, həmçinin alim və mütəxəssislər üçün normal həyat səviyyəsinin təmin edilməsi məqsədilə müəssisə və ipoteka mənzili tikintisi proqramının həyata keçirilməsi də nəzərdə tutulur.
Yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nın müddəalarının icrası ilə əlaqədar tədbirlər planının hazırlanıb həyata keçirilməsi qərara alınmışdır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video