13 Sentyabr 2021 11:42
1010
İQTİSADİYYAT
A- A+

Azərbaycan Mərkəzi Bankı pul nişanları ilə bağlı banklara göstəriş verib

 

Tədavüldə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, pulların saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili və nağd pulla bağlı əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Tədavüldə təmiz pul siyasəti” həyata keçirilir.

AMB-dən AZƏRTAC-a bildirilib ki, bu siyasət çərçivəsində kommersiya banklarından daim avtomatlaşmış sistemlərdə emal edilmiş yüksək keyfiyyətli pul nişanlarının və ya Mərkəzi Bankın müvafiq sistemlərində emal edilmiş pul nişanlarının tədavülə buraxılması tələb olunur. Bununla belə, son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus bankomatlardan tədavülə yararsız pul nişanlarının çıxarılması ilə bağlı məlumatlar yayılıb. Bildiririk ki, bankomatlardan aşkar edilmiş tədavülə yararsız pul nişanlarına görə məsuliyyəti kommersiya bankları daşıyır. Bununla əlaqədar, bütün kommersiya banklarına, o cümlədən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə əlavə tədbirlərin görülməsi üçün bir daha göstəriş verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video