“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Baş Şirvan Kollektorunun İstismarı İdarəsi “Maşın mexanizmləri, nəqliyyat vasitələri və mexaniki avadanlıqlar üçün ehtiyat hissələrinin” satın alınması məqsədilə açıq tender elan edir
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının analoji işlərdə təcrübəsi, təmir-bərpa işləri üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Muqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki, maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Portal vasitəsilə ala bilərlər. (Əlaqələndirici şəxs: Əzizov Ərrəhman Barat oğlu, telefon: 021-21-6-24-51)
İştirak haqqı: 120 manat
Bank rekvizitləri-
Baş Şirvan Kollektorun İstismarı İdarəsi
H/h: AZ62CTRE00000000000002353001
VÖEN: 2100113541
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
VÖEN: 1400155071
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T: BIK CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
1. Tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd.
2. Tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır).
3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı.
4. İddiaçının (podratçının) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
4.1 İddiaçının (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
4.2 İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
4.3 İddiaçının (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin Əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir).
- Azərbaycan Respublikasında vergilərə və sosial sığorta ödənişlərinə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Dövlət Vergi Xidməti tərəfindən həmin iddiaçının işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış.
İddiaçılar (podratçılar) tenderdə iştirak etmək üçün 1 və 4-cü bəndlərdə göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 iyun 2021-ci il saat 12:00-a kimi Tender komissiyasına dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etməlidirlər. Tender təklifi və bank zəmanətini isə 22 iyun 2021-ci il saat 12:00-a qədər elektron Portal vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaq. İddiaçıların təklifləri 23 iyun 2021-ci il saat 12:00-da elektron Portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Apple” yeni süni zəka modelini təqdim edib
25 Aprel
Xərçəngin müalicəsində yeni metod tapılıb
25 Aprel
“Bayden yəhudilərə nifrət edir” - Trampdan açıqlama
25 Aprel
23 İŞİD üzvü saxlanıldı - Türkiyədə
25 Aprel
Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq - QƏRAR
25 Aprel
Ukrayna ərazilərini buna görə itirib - Ağ Evdən AÇIQLAMA
25 Aprel
Hiss edirəm ki, qızıl medalla qayıdacam - Murad Fətiyev
25 Aprel
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!