10:10 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan mədəniyyəti və turizm imkanları İtaliyada keçirilən görüşlərdə geniş təbliğ edilmişdir
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:02 16.02.2012

 

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliyaya səfəri çərçivəsində bu ölkənin turizm və idman naziri Pyero Nyudi ilə görüşmüşdür.

Azərbaycanın İtaliyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, nazir Ə.Qarayev italiyalı həmkarına Azərbaycan hökumətinin turizmin inkişafına verdiyi prioritet əhəmiyyət, turizm infrastrukturunun inkişafı istiqamətində görülən tədbirlər və İtaliya tərəfi ilə əməkdaşlığa dair məlumat vermişdir. O, iki ölkə arasında turizm sahəsində mövcud olan zəngin əməkdaşlıq imkanlarının reallaşdırılması məqsədi ilə nazir P.Nyudini Azərbaycana səfərə, eləcə də bu ilin aprelində Bakıda keçiriləcək 11-ci Azərbaycan Beynəlxalq turizm və səyahət sərgisinə dəvət etmişdir.

Nazir Ə.Qarayev İtaliyanın turizm operatorlarının və turizm materiallarının naşirlərinin Azərbaycana səfərlərinin təşkil olunması təşəbbüsü ilə çıxış etmişdir. Səfərlərin nəticəsi olaraq, digər məsələlərlə yanaşı, italyan dilində Azərbaycan turizmi ilə bağlı müxtəlif informasiya-təbliğat materiallarının nəşr etdirilməsi də nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanın turizm sahəsində təhsil istiqamətində İtaliya ilə əməkdaşlıqda maraqlı olduğu qeyd edilmişdir.

Azərbaycana səfərlə bağlı Ə.Qarayevin dəvətini məmnunluqla qəbul edən P.Nyudi turizm operatorları və nəşriyyat şirkətlərinin səfərlərinin təşkili istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir. O, turizm sahəsində təhsil istiqamətində İtaliyanın zəngin təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırmışdır.

Həmin gün nazir Ə.Qarayev İtaliyanın mədəniyyət naziri Lorentso Ornaqi ilə görüşmüşdür. Ə.Qarayev iki ölkə arasında tarixən mövcud olan mədəni əlaqələrin inkişafına mühüm əhəmiyyət verildiyini qeyd etmişdir. O, mədəniyyət infrastrukturunun bərpasında İtaliya şirkətlərinin və mütəxəssislərinin iştirakından məmnunluğunu bildirmişdir. Nazir Ə.Qarayev həmkarına cari ildə İtaliyada keçiriləcək Azərbaycanın mədəniyyət günləri və Heydər Əliyev Fondu tərəfindən İtaliyada təşkil ediləcək ölkəmizin müasir incəsənət sərgisi haqqında məlumat vermiş, həmkarını Azərbaycana səfərə dəvət etmişdir. O, yaxın illərdə İtaliya ilə həyata keçirilməsi nəzərdə tutulan incəsənət, musiqi və kinematoqrafiya sahələrində bir sıra əməkdaşlıq layihələri ilə bağlı məlumat vermişdir.

Nazir L.Ornaqi Romada "Azərbaycan: İpək yolu üzərində Odlar Yurdu" sərgisinin açılmasından məmnunluğunu bildirmiş, İtaliyada Azərbaycan mədəniyyətinə, xüsusilə də sivilizasiyalararası dialoq, mədəni-dini müxtəliflik və tolerantlıq kontekstində dərin maraq göstərildiyini vurğulamışdır. O, incəsənət, musiqi, kinematoqrafiya, mədəni abidələrin bərpası və digər sahələrdə əməkdaşlığın vacibliyini bildirərək bu istiqamətlərdə Azərbaycan ilə birgə işləməyə davam edəcəklərini diqqətə çatdırmışdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM