06:44 29 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
01:04 29.07.2021

Möhtəşəm ittifaq


00:52 29.07.2021

“Adını mən verdim...”


00:49 29.07.2021

Fitnəkarlıq çox çəkməz


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan MDB-də ekskursiya turizminin üç ən yaxşı istiqamətindən biridir
ANA SƏHİFƏ / TURIZM
20:28 21.02.2019

Azərbaycan MDB məkanında ekskursiya turizminin üç ən yaxşı istiqamətindən biri sayılıb.

AZƏRTAC xəbər verir ki, "TurStat” analitika agentliyi Rusiya turistlərinin ekskursiya turları, istirahəti və səyahətləri üçün MDB ölkələrinin ən yaxşı ekskursiya istiqamətlərinin reytinqini tərtib edib.

Ekskursiya turizmi bələdçilərin müşayiəti ilə mədəni-maarifləndirici turları və ekskursiyaları nəzərdə tutur. "TurStat”ın məlumatına görə, MDB ölkələrində ekskursiya turizmi bir il ərzində 3 milyondan çox ekskursiya səfərini və turunu əhatə edir.

MDB-də ekskursiya istirahəti üçün üç ən yaxşı istiqamət Belarus, Qazaxıstan və Azərbaycandır.

Reytinq ekskursiya turları və internet-sorğu bazarının tədqiqi nəticəsində əldə olunan məlumat əsasında tərtib edilib.

"TurStat”ın məlumatına görə, MDB ölkələrinə 7 günlük ekskursiya turu, orta hesabla, 500-1000 dollara başa gəlir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM