28 Oktyabr 2014 12:10
823
Turizm
A- A+

Azərbaycan İtaliyada “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda “rəsmi qonaq ölkə” statusunda təmsil olunacaq

Oktyabr 30-dan noyabrın 2-dək İtaliyanın Paestum şəhərində XVII “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" (XVII “La Borsa Mediterranea del Turismo Archeologico” keçiriləcək.
Hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliya Respublikasının əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi layihənin 2014-cü il üzrə qonaq ölkəsi Azərbaycan olacaq.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, özünün əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən, UNESCO, İKKROM, İKOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlıq etdiyi yarmarkada ölkəmizin xüsusi statusda iştirakı, onun zəngin irsinin və turizm potensialının daha da geniş tanıdılmasına imkan yaradacaq. Bir neçə gün davam edəcək tədbirlər çərçivəsində ölkəmizə məxsus pavilyon qurulacaq, arxeoloji tədqiqatlara və onların inteqrasiyasına həsr olunmuş konfrans təşkil ediləcək.
Azərbaycanın layihədə xüsusi statusda iştirakı ilə bağlı nəzərdə tutulmuş əsas tədbirlərdən biri də oktyabrın 31-də milli mətbəximizin nümayişi ilə Azərbaycan gecəsinin təşkilidir.
Tədbirdə Azərbaycan Dövlət mahnı və rəqs ansamblının kollektivi və məşhur caz ifaçısı Elçin Şirinov və qrupunun konsert proqramı ilə çıxışı nəzərdə tutulub.
Azərbaycanın tədbirdə “rəsmi qonaq ölkə” statusu ilə iştirakı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin İtaliya Respublikasındakı səfirliyinin tərəfdaşlığı ilə həyata keçirilir.
Yarmarkada Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə geniş nümayəndə heyəti təmsil edəcək.
Yarmarkada Azərbaycan üçün ayrılmış sahədə quraşdırılacaq kinoteatrda italiyan və ingilis dillərində “Azərbaycan odlar yurdu” filminin, eləcə də Azərbaycanın irsinin və turizm potensialının təbliğinə həsr olunmuş video-kliplər nümayiş olunacaq.
Bundan əlavə, Azərbaycan pavilyonunda müxtəlif dövrlərə aid arxeoloji artefaktlardan və Azərbaycan xalçalarından ibarət kolleksiyanın da nümayişi planlaşdırılır.
Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin birgə tərəfdaşlığı ilə Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının təqdimatının da keçirilməsi nəzərdə tutulub.
XVII “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası” çərçivəsində Azərbaycanın “rəsmi qonaq ölkə” statusunda iştirakı ilə bağlı ətraflı məlumatları www.borsaturismoarcheologico.it/en/ elektron səhifəsindən əldə etmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video