31 Mart 2016 03:03
931
Turizm
A- A+

Azərbaycan istirahət üçün rusiyalı turistlərin seçimində birincidir

Rusiyanın "Travel.ru" turizm saytı 2016-cı ildə MDB ölkələrində istirahət üçün perspektivli sayılan turizm istiqamətlərini müəyyənləşdirib. Reytinq son bir ildə müstəqil şəkildə dincəlməyə gedən rusiyalı turistlərin bron etdikləri otellərin və mənzillərin sayına əsasən tərtib olunub.

AZƏRTAC sayta istinadla xəbər verir ki, Azərbaycan bu il xaricdə dincələn ruslar üçün MDB-də ən yaxşı ölkə seçilib və reytinq cədvəlinə liderlik edib. Azərbaycandan başqa, Qazaxıstan, Qırğızıstan və Belarus da siyahıda yer alıb. MDB ölkələri rusiyalı turistlər üçün nisbətən ucuz qiymətlər, inkişaf etmiş infrastruktur, vizasız giriş və əsasən yerli sakinlərin rus dilində danışa bilmələri ilə cəlbedici olublar.

2015-ci ildə Azərbaycana gələn turistlərin 685 mini Rusiyanın payına düşüb. Onlar, əsasən, paytaxt Bakı, Qusar, Gəncə, Şamaxı, Qəbələ, Naftalan, Göygöl, Xudat, Xaçmaz, Astara, Siyəzən və Lənkəranın görməli yerləri ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video