30 Yanvar 2016 02:01
852
Turizm
A- A+

Azərbaycan İstanbulda keçirilən turizm sərgisində uğurla təmsil olunur

Türkiyənin İstanbul şəhərində yerləşən TÜYAP-da keçirilən “EMMİT 2016” beynəlxalq turizm sərgisi davam edir.

Sərgidə ölkəmiz Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qurulmuş stendlə təmsil olunur. Stenddə qurulmuş monitorlarda ölkəmizin tarixi, mədəniyyəti və müasir sosial-iqtisadi görkəmini tərənnüm edən filmlər nümayiş edilir. Bundan başqa, bölmədə 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə afişa yerləşdirilib.

Azərbaycan stendində təmsil olunan nüfuzlu turizm şirkətləri və otellərin təmsilçiləri tərəfindən ziyarətçilərə ölkəmizin əsrarəngiz təbiəti, tarixi yerləri, göz oxşayan mənzərələri, həmçinin milli adət və ənənələrimizə dair təbliğat vasitələri paylanır, turizm imkanlarımız barədə ətraflı məlumat verilir.

Nümayəndə heyətimizin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycan bölməsi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Bölmədə bir sıra ikitərəfli və çoxtərəfli görüş keçirilib. Bundan başqa, ayrı-ayrı ölkələri təmsil edən turizm şirkətləri əməkdaşlıq təklifi ilə Azərbaycan bölməsinə müraciət ediblər. Həmçinin, şirkətlərimizin hazırladıqları “Formula 1” üzrə Avropa Qran–prisinin iştirakçıları və bu yarışların azarkeşləri üçün də xüsusi turist proqramları da ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, sərgi çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyənin Səyahət Agentlikləri Birliyinin birgə təşkilatçılığı əsasında iki ölkənin turizm sənayesi nümayəndələri arasında yanvarın 29-da B2B (üzbəüz görüş) formatında görüş və ölkəmizin turizm imkanlarına dair video-təqdimat keçirilib. Tədbirdə Azərbaycanın turizm imkanları böyük maraqla qarşılanıb. Turizm şirkətləri qarşılıqlı olaraq öz turizm məhsullarını təqdim ediblər.

Sərgi yanvarın 31-də başa çatacaq.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video