30 Oktyabr 2021 17:58
933
Mədəniyyət
A- A+

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları Füzuli və Şuşa şəhərlərində olublar

 

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları səfər marşrutu üzrə ilk olaraq səhər saatlarında Bakı-Füzuli aviareysi ilə Füzuli Beynəlxalq Hava Limanına eniş ediblər. Füzulidən Azərbaycanın mədəniyyət paytaxtına - Şuşa şəhərinə gedən qonaqlar yol boyu düşmənin viran qoyduğu məkanların canlı şahidi olublar. Səfər iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə burada görülən bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilib.

AZƏRTAC xəbər verir ki, Şuşanın mərkəzi küçələri, tarixi məkanları qonaqların böyük marağına səbəb olub. İllərdir düşmən əsarətində olub və sonra rəşadətli Ordumuz tərəfindən azad edilən Şuşa qalasının əzəmətli duruşu tədbir iştirakçılarını heyrətə gətirib. Sammit iştirakçılarının bir qismi Aşağı Gövhər ağa məscidində namaz qıldıqdan sonra Cıdır düzünə yollanıblar.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəhbəri Hüseyn Böyükfırat Türkiyə Qarabağın azad olunmasında siyasi olaraq Azərbaycanın yanında olduğu kimi quruculuq işlərində də iki qardaş ölkənin birgə addımlayacağını söyləyib: “Türkiyənin bir çox şirkətləri ilə Şuşanı görməyə gəlmişik. Həyata keçirəcəyimiz işlərin əsas məqsədi burada yaşayacaq əhalinin işlə təmin edilməsidir. Gələcəkdə yenə də qardaş ölkəyə dəstək olmaq üçün türk iş adamları azad olunan torpaqlara gələcəklər”.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbəri Taha Ayhan azad olunan ərazilərin qısa müddətdə yenidənqurulmasında görülən işlərə görə Azərbaycan xalqını təbrik edib: “Qarabağ Zəfərini qeyd etmək, şəhidlərimizin ruhunu anmaq və dünyaya səsimizi çatdırmaq üçün millətlərarası komanda ilə Şuşaya gəlmişik. Ümid edirik, bu ziyarətimiz gələcək işlərimizə xeyir gətirər”.

Avstraliyalı aktyor Rəşad Strikin fikrincə, tarixi şəhər olan Şuşa sərmayə yatırılması üçün əlverişli bölgədir: “Biz Füzuli Beynəlxalq Hava Limanında olduq və sonra buraya gəldik. Şuşa çox gözəl, tarixi və mədəni yerdir”.

Azərbaycan Qadın Sahibkarları İnkişafı Assosiasiyası İctimai Birliyinin sədri Səkinə Babayeva əsas məqsədinin qısa müddətdə düzgün strategiya quraraq yeni iş yerlərinin açılması və xalqımızın yanında durmaq olduğunu vurğulayıb.

Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının rəhbəri Hasan Basri Kurt bildirib ki, Azərbaycanın 30 il öz torpağından uzaq düşməsi və sonradan qovuşması insanı həqiqətən duyğulandırır. Türk milləti olaraq Azərbaycanla qürur duyuruq. KOBİA-nın dəvəti ilə gəlib gözəl məkanları gəzirik və birlikdə yeni işlər görəcəyik”.

Daha sonra sammit iştirakçıları Gəncə şəhərinə yollanıblar. Qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib və Gəncə Dövlət Filarmoniyasında mütəfəkkirin 880 illiyi ilə bağlı mədəni proqramla tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video