01 Oktyabr 2021 00:32
626
İQTİSADİYYAT
A- A+

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti startaplara layihələrini investorlara təqdim etmək fürsəti verəcək

 

Oktyabrın 27-29-da Bakıda keçiriləcək Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində startaplar üçün xüsusi tanıtım proqramı nəzərdə tutulur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv (OIC) ölkələrdən bir çox tanınmış dövlət rəsmilərinin və özəl sektor təmsilçilərinin iştirakı ilə keçiriləcək sammitin başlıca məqsədlərindən biri gənclərə startap layihələrini investorlara təqdim etmək fürsəti verməkdir. Bu məqsədlə sammit çərçivəsində OIC-ə üzv ölkələrdən 50-yə yaxın startapın təqdim olunacağı sərgi keçiriləcək. Startap layihələri qida, kənd təsərrüfatı, “yaşıl iqtisadiyyat”, maliyyə texnologiyaları, oyun və onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika və sair sahələri əhatə edəcək. Sərgiyə iştirakçı qismində qatılmaq istəyən Azərbaycan startapları oktyabrın 5-dək müraciət edə bilərlər:

https://www.icyforum.org/call-for-applications-azerbaijan-investment-culture-summit/

Yalnız startap layihəsi təşkilat komitəsi tərəfindən seçilən startaplarla əlaqə saxlanılacaq.

Qeyd edək ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və KOBİA-nın birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi ilə təşkil olunacaq. Tədbirdə Azərbaycan, Türkiyə və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, beynəlxalq təşkilatların nümayəndələri, investorlar, startaplar və gənclər təşkilatları iştirak edəcək. Üç gün davam edəcək tədbir çərçivəsində müxtəlif mövzularda panel iclaslar, sərgi və digər tədbirlər təşkil olunacaq

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video