27 Oktyabr 2021 17:30
605
Mədəniyyət
A- A+

Azərbaycan ilə Xorvatiya arasında mədəni əməkdaşlıq əlaqələri genişləndiriləcək  

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Xorvatiyadadır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Anar Kərimov Xorvatiyanın mədəniyyət və media naziri xanım Nina Obulyen Korjineklə görüşüb.

Nümayəndə heyətini salamlamaqdan məmnunluğunu bildirən nazir Nina Obulyen Korjinek Xorvatiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin və mədəni əlaqələrin inkişafına böyük önəm verdiklərini bildirib. Qeyd edib ki, Xorvatiyada inkişaf etmiş mühüm sahələrdən olan audiovizual sektorun əsas prinsiplərini qarşı tərəflə bölüşməyə hazırdırlar. O, həmçinin 2021-ci ilin Xorvatiyada “Oxu ili” kimi qeyd olunduğunu vurğulayaraq, Azərbaycanla kitab sənayesi, nəşriyyatlararası əməkdaşlığın şaxələndirilməsi, eləcə də tərcümə sahəsinin gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

Xanım nazir işğaldan azad olunmuş Azərbaycan ərazilərində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsində Xorvatiyadan olan mütəxəssislərin təcrübələrini bölüşməyə hazır olduqlarını dilə gətirib.

Nina Obulyen Korjinek söhbət zamanı Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” platforması çərçivəsində keçirilən tədbirlərdə iştirakından məmnuniyyətini bildirib.

Anar Kərimov öz növbəsində Azərbaycanla Xorvatiya arasındakı əməkdaşlığın bir çox sahədə uğurla davam etdiyini vurğulayaraq, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və mədəniyyət sahəsində tərəfdaşlığı yüksək dəyərləndirdiyini deyib. Nazir işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsində, habelə yenidənqurma və bərpa məsələlərində Xorvatiyanın ölkəmizə dəstəyini yüksək qiymətləndirib. Gələcəkdə ölkələrimiz arasında energetika və İT sahəsi üzrə bir sıra layihələrdə birgə sıx fəaliyyətin davam etdiriləcəyi vurğulanıb.

Mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyindən bəhs edən Anar Kərimov iki ölkənin milli kitabxanaları və dövlət muzeylərinin əlaqələrinin daha geniş vüsət alacağından əminliyini bildirib. Mədəni irsin qorunması sahəsində də Xorvatiyanın təcrübəsindən faydalanmağın əhəmiyyəti qeyd olunub.

Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən dünya təcrübəsinə əsaslanaraq mədəniyyət siyasətinin gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm işlərin görüldüyünü və bu kontekstdə Azərbaycan-Xorvatiya əməkdaşlığının önəmini qeyd edib. Nazir həmkarının dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyası ilə bağlı çağırışa qoşulmağından məmnuniyyətini vurğulayıb.

Görüş hər iki tərəfi maraqlandıran bir sıra mühüm müzakirələrlə davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video