16 Iyul 2021 22:20
816
SİYASƏT
A- A+

Azərbaycan ilə Türkiyə arasında nəqliyyat və energetika layihələri haqqında fikir mübadiləsi aparılıb

 

Daşkənddə keçirilən “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha da inkişafı, energetika, nəqliyyat layihələri haqqında geniş fikir mübadiləsi aparılıb, əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Görüşdən sonra AZƏRTAC-a müsahibə verən Şahin Mustafayev deyib: “Bu gün Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınmasının beş ili tamam olur. Bu hadisə türk xalqının birliyini nümayiş etdirdi. Türkiyədə bu hadisələr başlayan gündən Azərbaycan Prezidenti İlham Əliyev və xalqımız türk qardaşlarımızın yanında oldu, onları dəstəklədi. 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə dövləti və xalqı Azərbaycanın yanında oldu, bizə siyasi, mənəvi dəstək verdi. Biz buna görə Türkiyə dövlətinə və xalqına minnətdarıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video