17:43 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan ilə Özbəkistan arasında mədəni irsin bərpası sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib
ANA SƏHİFƏ / SİYASƏT
23:21 12.10.2021

 

Oktyabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər nazirinin birinci müavini Farhod Arziyev ilə görüşüb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, bu münasibətlərin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

Görüşdə, Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı nazir Ceyhun Bayramov həmkarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən geniş bərpa və quruculuq işləri haqqında məlumat verib. Tərəflər müxtəlif istiqamətlər üzrə, o cümlədən mədəni irsin bərpası sahəsində birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM