12 Noyabr 2011 03:11
477
CƏMİYYƏT
A- A+

Azərbaycan ilə Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilmişdir

 

Noyabrın 11-də Azərbaycan ilə Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilmişdir.

İclasda Macarıstan tərəfini Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi, Hökumətlərarası Komissiyanın həmsədri xanım Roza Nadın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini qeyd etmiş, Prezident İlham Əliyevin Macarıstana, Macarıstanın Baş naziri Viktor Orbananın ölkəmizə səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm rol oynadığını bildirmişdir. O vurğulamışdır ki, Azərbaycan ilə Macarıstan arasında iqtisadi sahədə möhkəm qanunvericilik bazası mövcuddur. Nazir diqqətə çatdırmışdır ki, bu ilin 9 ayında ötən ilin müvafiq dövründəkindən 2,46 dəfə çox ticarət dövriyyəsi olmuşdur.

Ş.Mustafayev ölkə iqtisadiyyatı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, həmçinin biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat vermişdir. O demişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir. Azərbaycanın regional əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini deyən nazir, ötən müddətdə bu istiqamətdə bir sıra mühüm infrastruktur və nəqliyyat layihələrinin həyata keçirildiyini vurğulamışdır. Hazırda regional əməkdaşlığın inkişafında başlıca problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. 20 faiz torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, 1 milyondan çox soydaşımız yurd-yuvasından qaçqın düşmüşdür.

Xanım Roza Nad ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu demişdir.

İclasda ticarət, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta sahibkarlığın inkişafı, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi, maliyyə, bank, səhiyyə və digər sahələrə dair müzakirələr aparılmışdır.

Sonra iclasın yekunlarına dair Protokol imzalanmışdır. Sənədi komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Macarıstan Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi Roza Nad imzalamışlar.

İclas çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Macarıstanın Ticarət və Lisenziyalaşdırma İdarəsi arasında metrologiya sahəsində texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video