03:57 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan ilə Estoniya arasında siyasi, iqtisadi və humanitar sahələrin inkişafı müzakirə olunub
ANA SƏHİFƏ / PARLAMENT
12:11 08.09.2021

 

Milli Məclisin sədri Sahibə Qafarova Avstriyaya işgüzar səfəri çərçivəsində Estoniya parlamentinin – Riiqikoqun sədri Yuri Ratas ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin mövcud durumu barədə danışıb. O, Azərbaycan və Estoniyanın öz müstəqilliklərini elan etdikdən sonra bir çox sahələr üzrə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində yeni imkanlar yarandığını bildirib. Spiker ötən illərdə ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələri əhatə edən münasibətlərin inkişafında müsbət dinamikanın olduğunu diqqətə çatdırıb.

Sahibə Qafarova bildirib ki, Estoniya ilə əlaqələrimizin genişlənməsində qanunverici orqanlar arasındakı münasibətlərin inkişafı mühüm əhəmiyyət kəsb edir. Milli Məclisdə və Riiqikoqda parlamentlərarası əlaqələr üzrə işçi qruplar fəaliyyət göstərir. O, bu sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu bildirib.

Milli Məclisin sədri görüşdə estoniyalı həmkarına 2020-ci ilin payızında son qoyulmuş münaqişədən sonra bölgədə yaranmış vəziyyət, yeni reallıqlar barədə də məlumat verib. O, 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin etdiyini, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirdiyini bildirib. Spiker Azərbaycanın bölgədə uzunmüddətli sülhü, sabitliyi və təhlükəsizliyi bərpa etməkdə qərarlı olduğunu vurğulayıb. O, təəssüflə qeyd edib ki, Azərbaycanın bütün sülhsevər addımlarına baxmayaraq, Ermənistan hələ də təxribatlarını davam etdirir və sülhə, sabitliyə əngəl törədir.

Görüşdə Estoniya parlamentinin sədri Yuri Ratas dostluq və qarşılıqlı marağa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı perspektivlərindən, ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın qurulmasından danışıb. O, parlamentlərarası əlaqələrin yeni müstəvidə daha da inkişafının hər iki tərəf üçün çox faydalı olacağına əminliyini bildirib.

Görüşdə spikerlər bir-birilərini qarşılıqlı səfərlərə dəvət ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM