09 Aprel 2021 12:22
669
Mədəniyyət
A- A+

Azərbaycan ilə Əfqanıstan arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Amanullah Ceyhun ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Anar Kərimov Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişafından məmnunluğunu ifadə edib. İki xalq arasında ortaq mədəni və tarixi dəyərlərə əsaslanan dostluq əlaqələri olduğunu deyən nazir müxtəlif səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin mövcud əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verdiyini bildirib.

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən Anar Kərimov “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na toxunub, mədəni əlaqələrin dərinləşdirilməsi üçün iki ölkənin mədəniyyətini təqdim edən tədbirlərin, festivalların, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tarixi zəfərlə nəticələnən Vətən müharibəsindən söz açan nazir Anar Kərimov Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul etdiklərinə görə Əfqanıstan dövlətinə, ölkəmizin haqq işini müdafiə edən əfqan xalqına minnətdarlığını bildirib.

Səmimi qəbula görə təşəkkür edən səfir Amanullah Ceyhun da öz növbəsində xalqlarımız arasında dini, tarixi və mədəni yaxınlığın mədəniyyət sahəsində münasibətlərin möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.

Vətən müharibəsindəki Qələbəyə görə xalqımıza təbriklərini ifadə edən Amanullah Ceyhun Əfqanıstan xalqının və dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərə səfər etdiyini bildirən diplomat xüsusilə Füzulidə gördüyü dağıntılardan, erməni vandalizminin nəticələrindən dəhşətə gəldiyini deyib.

Söhbət zamanı mədəniyyətin müxtəlif sahələrində, o cümlədən muzey işi sahəsində əməkdaşlıq, iki ölkənin milli kitabxanalarında müvafiq olaraq Azərbaycana və Əfqanıstana həsr olunan guşələrin yaradılması, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə birgə sərgi və tədbirlərin təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş ölkələr arasında mədəniyyət sahəsində gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video