07 Sentyabr 2011 12:09
429
SİYASƏT
A- A+

Azərbaycan ilə Avropa İttifaqı arasında vahid aviasiya məkanı yaradılması planlaşdırılır

 

Avropa Komissiyası tərəfindən yayılmış bəyanatda deyilir: "Avropa Komissiyası Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında vahid aviasiya məkanı barədə razılaşmaya nail olmaq niyyətindədir".

AzərTAc xəbər verir ki, həmin sazişdə tərəflər arasında hava məkanının mərhələlər üzrə açılması və Aİ-nin bu sahədə qanunvericiliyinin Azərbaycanda tətbiq edilməsi nəzərdə tutulur.

Avropa Komissiyasının bəyanatında deyilir: "Azərbaycanın mühüm strateji məkanda - Avropa ilə Asiyanın qovuşduğu ərazidə yerləşməsi bu ölkəni Aİ ilə vahid aviasiya məkanı yaradılmasına dair sazişin imzalanması üçün real namizədə çevirir. Azərbaycan hökuməti 2011-ci ilin yanvarında vahid aviasiya məkanı barədə Aİ ilə saziş hazırlanmasına dair danışıqlara hazır olduğunu bildirmişdir. Avropanın bəzi aviasiya şirkətləri Bakı istiqamətində yeni reyslər açmağa hazır olduqlarını bildirmişlər".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video