03 Mart 2012 02:03
454
Nazirlər Kabineti
A- A+

Azərbaycan ilə Argentinanın əlaqələrinin inkişafı hər iki ölkənin maraqlarına xidmət edir

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə martın 2-də ölkəmizdə səfərdə olan Argentina Respublikasının xarici işlər naziri Hektor Timerman ilə görüşmüşdür.

Baş nazir Artur Rasizadə Azərbaycan ilə Argentina arasında əlaqələrin intensivləşdiyini qeyd edərək vurğuladı ki, münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına xidmət edir. Argentinanın Azərbaycanda səfirliyinin açılması da əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə  məlumat verən Baş nazir Artur Rasizadə ölkəmizin problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu, bunun üçün bütün səylərini əsirgəmədiyini söylədi. Lakin uzun illərdir ki, danışıqların nəticəsiz qalması münaqişənin digər yollarla həllini də istisna etmir.

Xarici işlər naziri Hektor Timerman Azərbaycanda Argentinanın səfirliyinin açılması barədə ölkəsinin Prezidentinin sərəncamını gətirdiyini dedi və bunu Argentina üçün əhəmiyyətli addım adlandırdı. "Azərbaycanda fəaliyyətə başlayacaq səfirlik Cənubi Qafqaz regionunda ilk diplomatik nümayəndəliyimiz olacaqdır", - deyən H.Timerman bununla da Latın Amerikası ölkələri ilə region arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə etdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini bildirən Argentinanın xarici işlər naziri işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının vacib olduğunu vurğuladı.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video