10 Fevral 2012 01:02
456
Nazirlər Kabineti
A- A+

Azərbaycan ilə Albaniya arasında iki mühüm sənəd imzalanmışdır

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Baş naziri Sali Berişanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Əvvəlcə hökumət başçılarının təkbətək görüşü olmuşdur. Sonra görüş geniş tərkibdə davam etdirilmişdir.

Baş nazir Artur Rasizadə albaniyalı həmkarının Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün hüquqi bazanın yaradılması baxımından əhəmiyyətini vurğulamışdır.

Azərbaycanın sosial-iqtisadi inkişafı barədə qonaqlara ətraflı məlumat verən Artur Rasizadə ölkəmizin enerji təhlükəsizliyinin tam təmin olunduğunu, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırmışdır.

Baş nazir Artur Rasizadə həmçinin Azərbaycan ilə Albaniya arasında mədəni, iqtisadi, xüsusilə də, energetika sahələrində əməkdaşlıq əlaqələrinin yaradılmasının vacibliyini qeyd etmişdir.

Ölkəmizə ilk səfərindən məmnunluğunu bildirən Baş nazir Sali Berişa qeyd etmişdir ki, xalqlarımızın tarixində müəyyən oxşarlıq vardır. Həm Azərbaycan, həm də Albaniya sərmayə qoyuluşu sahəsində əməkdaşlığın qurulması üçün yaxşı imkanlara malikdir.

Albaniyanın Baş naziri ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət, təhsil və elm sahələrində əlaqələrin qurulmasının vacibliyini vurğulamışdır.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Albaniya sənədlərinin imzalanması mərasimi olmuşdur.

"Azərbaycan Respublikası hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" və "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Albaniya Respublikasının İqtisadiyyat, Ticarət və Energetika Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanmışdır.

Sənədləri Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və Albaniya Respublikasının Baş naziri Sali Berişa imzalamışlar.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video