10:35 11 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
00:55 11.04.2021

Zamanın bayraqdarı


00:37 11.04.2021

Xalqın sevdiyi rəhbər


00:33 11.04.2021

Qürur doğuran 3 il


00:23 11.04.2021

Uğurlarımızın memarı


00:22 11.04.2021

Zəfər sərkərdəsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan idmançıları “Tokio-2020”yə indiyədək 16 lisenziya qazanıblar
ANA SƏHİFƏ / İDMAN
15:21 02.04.2021

 

Azərbaycan idmançıları Tokio şəhərində keçiriləcək XXXll Yay Olimpiya Oyunlarına indiyədək 16 lisenziya qazanıblar.

AZƏRTAC xəbər verir ki, lisenziyalar atletika (2), atıcılıq (1), bədii gimnastika (2), idman gimnastikası (2), sərbəst güləş (3), qadın güləşi (1), yunan-Roma güləşi (1), üzgüçülük (1), velosiped (şose, 1), boks (1), taekvondo (1) üzrə qazanılıb.

Olimpiya Oyunlarına vəsiqəni atletika üzrə Anna Skidan (çəkicatma), Nazim Babayev (üç təkanla tullanma), üzgüçülük üzrə Maksim Şemberev (400 m qarışıq), qadın güləşi üzrə Mariya Stadnik (50 kq), sərbəst güləş üzrə Şərif Şərifov (97 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), yunan-Roma güləşi üzrə İslam Abbasov (87 kq), bədii gimnastika üzrə Zöhrə Ağamirova (çoxnövçülük), Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandası (qrup, çoxnövçülük), idman gimnastikası üzrə Marina Nekrasova (çoxnövçülük), İvan Tixonov (çoxnövçülük), güllə atıcılığı üzrə Ruslan Lunyov (25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma), taekvondo üzrə Milad Beigi Harçeqani (80 kq), boks üzrə Tayfur Əliyev (57 kq) əldə ediblər. Həmçinin Azərbaycan millisi şose velosipedi idman növündə 1 lisenziyaya sahib olub.

Hazırda lisenziya yarışları davam edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM