25 Fevral 2012 02:02
330
CƏMİYYƏT
A- A+

Azərbaycan hüquqi sahədə Rusiya ilə əməkdaşlığa mühüm əhəmiyyət verir

 

Fevralın 23-də baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan Respublikasının hüquqi sahədə Rusiya Federasiyası ilə əməkdaşlığın möhkəmləndirilməsinə önəm verdiyini xüsusi vurğulayan baş prokuror, mövcud olan zəngin müqavilə-hüquq bazasına söykənən dostluq və tərəfdaşlıq münasibətlərinin hər iki ölkənin hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb etdiyini, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verdiyini bildirmişdir.

Hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi və bu sahədə əldə olunmuş nailiyyətlərdən məmnunluğunu ifadə edən qonaq hüquqi sahədə münasibətlərin dərinləşdirilməsi üçün böyük perspektivlərin mövcudluğunu və konkret sahələr üzrə qarşılıqlı səmərəli əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu xüsusi qeyd etmişdir.

Görüşdə hüquqi sahədə əməkdaşlıq və digər maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.

Fevralın 24-də A.Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfəri çərçivəsində Bakı Dövlət Universitetində Əməkdar Hüquqşünas, professor İlham Rəhimovun cinayətkarlıq və cəza məsələlərinə dair nəzəri və tarixi aspektləri özündə əks etdirən "Cinayətkarlıq və cəza" kitabının təqdimat mərasimində iştirak etmişdir. Mərasimdə həmçinin Rusiya Federasiyasının nüfuzlu ali təhsil müəssisələrinin professorları və hüquq ictimaiyyətinin  nümayəndələri də iştirak etmişlər.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video