06:19 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan hər zaman Türkiyənin yanındadır

ANA SƏHİFƏ / SİYASƏT
01:11 06.08.2021

 

Türkiyədə baş verən şiddətli meşə yanğınları ötən günlərdə ekoloji fəlakətə çevrilməklə təbiətə və insanlara böyük zərər vurub.

Qardaş ölkədə yaşananlar Azərbaycanda da narahatlıqla izlənməkdədir. Hər zaman bir-birinin yanında olan Azərbaycan və Türkiyə yanğınlarla mübarizədə də birlikdədirlər.

Milli Məclisin deputatlarının açıqlamaları da bu barədədir.

 

Təbiətin bu sınağı bizi bir daha birləşdirdi

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti,

Milli Məclisin deputatı:

 

- Türkiyənin zəngin təbiəti, təbii gözəllikləri, nadir meşə sərvətləri, heyvanlar aləmi od tutub yanır. Bu bizim də qəlbimizi ağrıdır. Azərbaycan xalqı Türkiyə vətəndaşları qədər bu böyük fəlakəti ürəkağrısı ilə qarşılayır. Bütün varlığımızla Türkiyədəki qardaş və bacılarımızın yanındayıq.

Azərbaycan dövləti qardaş Türkiyənin bu böyük bəladan xilas olması üçün imkanlarından da artıq qüvvə sərf edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubu on milyonluq xalqımızın hər bir vətəndaşının ürək sözlərinin, narahatlıq və həyəcanlarının ifadəsidir. İndi Azərbaycanda bu fəlakətdən narahat olmayan, acı təəssüf hissi və həyəcan keçirməyən vətəndaş yoxdur. Qarabağ müharibəsində olduğu kimi, bu gün də Azərbaycan - Türkiyə, Türkiyə - Azərbaycandır. Təbiətin bu arzuedilməz sınağı Azərbaycanla Türkiyəni bir daha qardaşlaşdırır, birləşdirir. Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı özünün varlığını nümayiş etdirir. Türkiyənin meşə yanğınlarından xilas olması, bu böyük fəlakətin aradan qaldırılması Azərbaycan üçün də böyük sınaq və məsuliyyətli bir vəzifədir.

İnanırıq ki, Türkiyəni bürüyən alov tezliklə söndürüləcək, qardaş türk xalqının başının üstündən duman çəkiləcəkdir. Bu dəhşətli fəlakəti törədən qatillər, namərdlər və xainlər cəzalarına çatacaqlar.

Qardaş Türkiyə Azərbaycanla birlikdə bu ağır sınaqdan da çıxacaqdır!

Hər an yanındayıq, Türkiyə!

 

Azərbaycanın Türkiyəyə göstərdiyi dəstək yüksək qiymətləndirilir

 

Pərvin KƏRİMZADƏ,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü:

 

- Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanındadır. Qardaş Türkiyədə baş vermiş meşə yanğınlarını, bunun nəticəsində yaranmış vəziyyəti Azərbaycan xalqı olaraq böyük narahatlıqla və həyəcanla izləyirik. Təəssüf ki, güclü yanğınlar nəticəsində insan itkisi baş verib, xeyli sayda türk qardaşlarımız evsiz-eşiksiz qalıb, böyük infrastruktur sıradan çıxıb.

Bu çətin günlərdə Azərbaycan qardaş türk xalqının yanındadır. Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndərilib.

Yanğın xəbərindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayaraq baş vermiş faciədən dərin kədər hissi keçirdiyini, Azərbaycan hökuməti və xalqının hər zamankı kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğulayıb. Eyni zamanda dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığını ifadə edib. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Avqustun 1-də axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə getdi. İkinci qrupa bir helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, bir təcili tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir. Dünən isə üçüncü qrup  Türkiyəyə yola salındı.

Türkiyə KİV-də yayımlanan xəbərlərdə Azərbaycanın Türkiyəyə göstərdiyi qardaş dəstəyi yüksək qiymətləndirilir. Biz sosial media vasitəsilə azərbaycanlı və türkiyəli xilasedicilərin yanğınla necə fədakarlıqla mübarizə apardığının şahidi oluruq. Biz tezliklə bu yanğınların qarşısının alınacağına ümid edirik və bunu arzulayırıq.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən ağır məqamlarında, ən çətin günlərində öz sözünü deyib və yenə də deyir. Bu gün Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da atdıqları hər addımlarda iki dövlət xalqının ideallarına sadiqdirlər. Xalqımız, cəmiyyətimiz sevincdə də, kədərdə də bir yerdədir. Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları bizi dərindən kədərləndirir. Yanğında həyatını itirən insanlar, canlılar var, yanğın qardaş ölkəyə genişmiqyaslı maddi və mənəvi zərər vurub, hadisənin törətdiyi fəsadlar çoxdur. Yeri gəlmişkən, dünya ölkələri də öz dəstəyini göstərməlidir. Çünki ekologiyanın qorunması bəşəri bir məsələdir.

Türkiyənin regionda və dünyada böyük gücə çevrilməsini həzm edə bilməyən terror təşkilatları və onları himayə edən imperialist qüvvələr bəşəri cinayət törədirlər. Təbiətə qarşı belə bir miqyasda cinayət törətmək insanlığa sığmayan hərəkətlərdir. Bu cür addımlarla Türkiyənin zəifləyəcəyini düşünənlər yanılırlar. Türkiyə güclü dövlətdir və bu sınaqdan da üzüağ çıxacaq.

 

R.CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM