04:38 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2010-2011-ci dərs ilinin nəticələrinə görə fərqlənmiş tələbələri mükafatlandırmışdır
ANA SƏHİFƏ / TƏHSIL
06:10 07.10.2011

 

Oktyabrın 6-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən verilən təqaüdlərin ali məktəblərin tələbələrinə təqdimetmə mərasimi keçirilmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) keçirilən mərasimdə konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirmişdir ki, 1995-ci ilin fevralında ATİAHİRK-nın qərarı ilə adlı təqaüdlər təsis olunmuşdur. Həmin ildən bu günədək 1350-dən artıq tələbə Komitənin adlı təqaüdlərinə layiq görülmüşdür.

Universitetlərdə həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirən AHİK sədri qeyd etmişdir ki, tələbələrə təqaüdlərin  verilməsi onları təhsildə müvəffəqiyyətlər qazanmağa daha da həvəsləndirəcəkdir.

S.Mehbalıyev ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə olduğu kimi, təhsildə də mühüm islahatların aparıldığını demişdir. Vurğulamışdır ki, ulu öndərin təhsilə diqqət və qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə tələbə həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri də çıxış etmişlər.

Sonda 2010-2011-ci dərs ilinin yay imtahanlarında əla qiymətlər almış, eləcə də həmkarlar ittifaqı təşkilatlarında fəallıq göstərmiş 56 tələbəyə adlı təqaüdlər təqdim olunmuşdur.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM