30 Dekabr 2020 16:04
972
Səhiyyə
A- A+

Azərbaycan həkimləri PROACT-COVID-19 layihəsində iştirak edirlər  

 

Bu il Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yeni növ koronovirus (COVID-19) pandemiyası elan ediləndən sonra həyata keçirilməyə başlanılan layihələrdən olan REACT-COVID-19 səhiyyə sistemlərinin qlobal epidemiyaya hazır olmasına dəstək verir. Həmin layihə Azərbaycanda da fəaliyyət göstərir. Bu ilin sentyabrından ÜST və UNICEF-in dəstəyi və Türkiyənin Ege Universitetinin mütəxəssislərinin iştirakı ilə ölkəmizdə gələn il qlobal epidemiya ilə əlaqədar olaraq şəhər və rayon səviyyəsində sağlamlıq sisteminin gücləndirilməsi üçün təlim proqramına başlanılıb və proqramın sağlamlıq və təcili yardım sisteminin yaradılmasına dəstək olması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, proqramın əsas məqsədi çevik, mobil və səlahiyyətli sağlamlıq işçi qüvvəsinın hazırlanması, infeksiyanın qarşısının alınması, nəzarət sistemləri yaradılmasıdır.

Layihə Bakıda və ölkəmizin on bölgəsində həyata keçiriləcək. Layihədən sonra milli potensialın artırılması, müvafiq sahələrdə milli təcrübənin inkişaf etdirilməsi, ali tibbi təhsilə dəstəyin olması - təlim sisteminin qurulması və təşkilat potensialının yaradılması, texnologiya və rəqəmsal öyrənmə, yerli təlim mərkəzlərinin qabiliyyətiniт artırılması və təlimlərlə əlaqədar vəzifələrin asanlaşdırması nəzərdə tutulur.

Layihədə tərəfdaşlardan biri də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutudur və institutun əməkdaşlarıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video