10 Aprel 2021 00:11
587
ELANLAR
A- A+

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti açıq tender elan edir

 

LOT-1: Heydər Əliyev Beynəlxalq Aeroportunun 1 və 2 saylı terminallarında, vağzalyanı  komplekslərində gündəlik və dövri təmizlik işlərinin satın alınması

İştirakçılara təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən LOT üzrə tender təklifini yazılı surətdə möhürlənmiş, imzalanmış ikiqat zərflərdə Azərbaycan dilində təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, təyinat yerinə daşıma xərclərini nəzərə almalıdırlar.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.   

Potensial imkanı olan iddiaçılar 1000 manat iştirak  haqqını sifarişçinin aşağıdakı hesablaşma hesabına köçürdükdən sonra LOT üzrə Əsas şərtlər toplusunu “Azərbaycan Hava Yolları” QSC-nin  Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu 2-ci Terminal ünvanından ala bilərlər.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Hesab: AZ88AZAL38050000001000002000

VÖEN: 9900000831

Bank: “PREMIUM BANK” ASC-nin 2 saylı filialı

Bankın VÖEN-i: 9900006241

Kodu: 508267

M/H: AZ70NABZ01350100000000020944

S.W.İ.F.T: AZAL AZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-  tenderdə iştirak etmək üçün yazılı müraciət;

-  iddiaçının oxşar işlərin aparılması üzrə təcrübəsi haqqında arayış;

-  iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-  iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-  iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;

- iddiaçının tam adı və hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN və s.) surəti, həmçinin bank rekvizitləri;

-  tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

-  tender təklifinin qüvvədə olma müddəti (təklif zərfləri açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (ən azı tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox qüvvədə olmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18.05.2021-ci il saat  15:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş, imzalanmış ikiqat zərflərdə 26.05.2021-ci il saat 15:00-a qədər Azərbaycan Respublikası, AZ 1044, Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu 2-ci Terminala təqdim etməlidirlər. 

İddiaçıların tender təklifi zərfləri 27.05.2021-ci il saat 15:00-da AZ 1044, Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanında açılacaq.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

İddiaçının səlahiyyətli nümayəndəsi zərflərin açılması prosedurunda iştirak edə bilər.

Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Hava Limanlarının İstismarı Baş İdarəsinin rəis müavini - Xaqani Həsənov;

(99412) 497-26-00 Əlavə (26-01);

(99412) 492-90-64;

[email protected]

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video