Azərbaycan hakimiyyəti, cəmiyyəti ölkədəki sabitliyi kifayət qədər möhkəm təməllər üzərində bərqərar edib
Əli Həsənov: "Rafiq Tağı Azərbaycan hakimiyyəti ilə problemi olan insan deyildi"
Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Media forum" saytına açıqlama verib.
"Rafiq Tağı istər jurnalist, istərsə də başqa fəaliyyəti ilə heç vaxt hakimiyyətlə, dövlət strukturları ilə konflikti olmayan adam idi. İndi nə olub, ona qarşı sui-qəsdi kim edib, niyə edib kimi məsələlər öyrənilməlidir, axtarılmalıdır, tapılmalıdır. Bundan sonra məsələyə qiymət vermək olar".
"Media forum"un "Necə hesab edirsiniz, bu, ictimai-siyasi qətldir, yoxsa sırf kriminal hadisədir" sualına PA rəsmisi belə cavab verib: "Vallah, bilmək olmaz. Mən indi buna heç cür qiymət verə bilmərəm. Bu məsələ tam aydınlaşmayana, onu bıçaqlayanlar tapılmayana qədər buna qiymət vermək olmaz. Amma mən bunun siyasi, ictimai qətl olmasını düşünmürəm. Rafiq Tağı kimə qarşı ictimai-siyasi fəaliyyət göstərirdi, qəsd edirdi ki, ona qarşı da belə bir qəsd olunsun? İstənilən halda bu, bir kriminaldır. Amma bu kriminalı kimin, niyə, hansı məqsədlə etdiyi araşdırılmalıdır, aydınlaşmalıdır. Əvvəla, el arasında belə bir məsəl var, deyərlər ümid bir yerə, güman min yerə gedir. Əlbəttə, bunun ətrafında yüzlərlə proqnoz, şərh ola bilər. Xüsusən də Rafiq Tağının özünün, yaxınlarının ayrı-ayrı açıqlamaları, ifadələri olmuşdu. Əlbəttə, bununla bağlı bütün versiyalar yoxlanmalıdır, araşdırılmalıdır. Bunun sabitliyin pozulmasına yönəlmiş addım olmasına gəlincə, Azərbaycanda ictimai-siyasi sabitlik o dərəcədə kövrək deyil ki, bir adamı qətlə yetirməklə, yaxud ona sui-qəsd etməklə sabitliyi pozmaq mümkün olsun. Azərbaycan hakimiyyəti, cəmiyyəti ölkədəki sabitliyi kifayət qədər möhkəm təməllər üzərində bərqərar edib, yaradıb. Rafiq Tağıya qarşı edilən sui-qəsd ayrı-ayrı şəxslərin qisas məqsədi və ya başqa məqsədlərlə etdiyi hərəkət də ola bilər. Bütün bunları istintaqın sonunda biləcəyik.
Hakimiyyət kimliyindən, hansı vəzifə və mövqe tutmasından asılı olmayaraq, istənilən vətəndaşa qarşı törədilən qəsdin, terrorun, kiməsə qarşı edilən xuliqanlıq hərəkətinin açılmasında maraqlı olub və bunu təmin edib. Amma konkret olaraq Rafiq Tağıyla bağlı işi fərdiləşdirmirik".
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK ...
25 Aprel
Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər ...
25 Aprel
Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transfromasiya istiqamətində əməkdaşlıq müzakirə...
25 Aprel
Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır
25 Aprel
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları i...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK
25 Aprel
Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb ...
25 Aprel
Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb
25 Aprel
Türkmən şairi Maqtımqulu Fraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!