28 Yanvar 2012 12:01
417
İQTİSADİYYAT
A- A+

Azərbaycan gömrükçüləri yenə də ayıq-sayıqdırlar

 

Ötən il Azərbaycanın gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 245 cinayət xarakterli hüquqpozma faktı qeydə alınıb. Bundan 138 fakt narkotik qaçaqmalçılığı ilə bağlı olub. Belə ki, ötən il 227,5 kiloqram narkotik maddə aşkar edilib.

Bundan başqa, 2011-ci ildə sənəd saxtakarlığı ilə qaçaqmalçılıq və mobil telefonların qanunsuz idxalı ilə bağlı qaçaqmalçılıq halları da artıb.

Gömrük Komitəsinin məlumatına görə, qeydə alınmış cinayət işləri üzrə 2291,7 min manat dəyərində mal və əşyalar müsadirə edilərək 263 təqsirkar şəxs, o cümlədən 217 Azərbaycan vətəndaşı və 46 əcnəbi şəxs barəsində məsuliyyət tədbirləri görülüb.

Ümumilikdə ötən il 18 330 hüquqpozma faktı qeydə alınıb ki, bunların da 245-i cinayət xarakterli olub, 18 085-i inzibati xəta hallarıdır. İnzibati xəta halları ilə bağlı 455 hüquqi,

17 594 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib. Həmin şəxslərə qarşı 1,418 milyon manat məbləğində cərimə tətbiq olunub, eləcə də 123,5 min manat dəyərində mallar müsadirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video