09 Oktyabr 2013 01:10
335
PARLAMENT
A- A+

Azərbaycan dövləti seçkilərdə vətəndaşların iradələrini sərbəst ifadə etmələrində maraqlıdır

 

Dünən Milli Məclisin Sədri Oqtay Əsədov oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Milli Məclisdə görməkdən məmnunluğunu bildirən Oqtay Əsədov qeyd edib ki, prezident seçkiləri hər bir ölkənin siyasi həyatında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda prezident seçkilərini 40 min nəfər müşahidə edəcək. Bunlardan 1300 nəfəri beynəlxalq müşahidəçilərdir. Sədr vurğulayıb ki, Azərbaycan dövləti seçkilərin şəffaf, demokratik və azad şəkildə keçirilməsi üçün bütün lazımi şəraiti yaratmışdır: "Çox şadam ki, TÜRK PA nəinki türk dövlətləri arasında, bütün beynəlxalq təşkilatlar qarşısında öz sözünü deməyi bacarır və özünün müstəqil platformasını sərgiləyir. TÜRK PA da beynəlxalq müşahidəçi qismində Azərbaycana dəvət olunub. İnanırıq ki, bütün nümayəndələr ədalətli müşahidələr aparacaq və gördüklərini olduğu kimi bəyan edəcəklər".

Milli Məclisin Sədri qeyd edib ki, bəzi hallarda bir sıra beynəlxalq təşkilatların təmsilçiləri obyektivliyi əks etdirməyən və siyasi xarakter daşıyan qərəzli bəyanatlarla çıxış edirlər. Azərbaycan demokratik inkişaf yolunu seçmiş gənc dövlətdir. Azərbaycan dövləti ölkədə keçirilən istənilən seçkidə vətəndaşların sərbəst şəkildə iradələrini ifadə etməsində maraqlıdır.

TÜRK PA nümayəndə heyətinin rəhbəri İpek Haluk səmimi görüşə görə minnətdarlığını bildirib və bu seçkiyə qədər Azərbaycanda keçirilmiş prezident və parlament seçkilərində də müşahidəçi qismində iştirak etdiyini deyib: "Keçirilən hər seçkinin təcrübəsi Azərbaycanın demokratiyaya  doğru daha da inamla irəliləməsi üçün şərait yaradır. Bu gün Azərbaycanda iqtisadiyyat ilə yanaşı, siyasi sistem də çox təkmilləşdirilib".

Sonra nümayəndə heyətinin Qazaxıstan və Qırğızıstandan olan təmsilçiləri çıxış edərək seçki ərəfəsindəki siyasi mühiti yüksək qiymətləndiriblər.  Daha sonra müxtəlif ölkələrin seçki təcrübəsi haqqında fikir mübadiləsi aparılıb.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video