13:54 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında
ANA SƏHİFƏ / SƏRƏNCAMLAR
01:40 25.09.2020


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

"Şöhrət” ordeni ilə

Əhmədov Məhiş Alış oğlu

Əlirzayev Əli Qənbərəli oğlu

Muradov Ədalət Cəlal oğlu

Şəkərəliyev Arif Şəkərəli oğlu


3-cü dərəcəli "Əmək” ordeni ilə

Azadov Eldar Həsənxan oğlu

Əsgərov Şaiq Əhəd oğlu

Səbzəliyev Sifariz Mirzəxan oğlu

Vəliyev Həbib Məmməd oğlu


"Tərəqqi” medalı ilə

Abasov Alcan Bayraməli oğlu

Abbasova Afət Musa qızı

Babayev Əlican Pirican oğlu

Babayev Telman Qurban oğlu

Babayeva Rəna Fikrət qızı

Əbdülhəsənov Tofiq Əbdüləziz oğlu

Əhmədov Mirağa Məhərrəm oğlu

Əliyev Müşrəvan Əli oğlu

Əliyev Nəvai Şaxlar oğlu

Hacıyev Əli Vəli oğlu

Həsənli Mirələm Xası oğlu

Həsənov Heydər Sərdar oğlu

İsayev Söhrab Zülfüqar oğlu

Qəhrəmanov Nizami Əmir oğlu

Quliyev Müşfiq Yelmar oğlu

Manafov Qabil Nadir oğlu

Məmmədov Elşad Yaqub oğlu

Məmmədova Sevər Mömin qızı

Muradov Rəşad Şahbaz oğlu

Mustafayeva Zöhrə İsmayıl qızı

Nuriyev Məhəmmədəli Nurəddin oğlu

Rzayev Anar Yaşar oğlu

Seyidov Abbas Qadir oğlu

Səidov Rasim Əzim oğlu

Sərdarova Sevda Yusuf qızı

Tağıyev Mayıl Məsim oğlu

Yusifova Xalidə Hacı qızı

Zeynalov Mikayıl Gəray oğlu.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 sentyabr 2020-ci il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM