26 Fevral 2012 01:02
347
CƏMİYYƏT
A- A+

Azərbaycan Diplomatik Akademiyasında Rusiya Günü keçirilmişdir

 

Azərbaycan Diplomatik Akademiyasında (ADA) Rusiya Günü keçirilmişdir.

Rusiya İnformasiya və Mətbuat Mərkəzinin mətbuat xidmətindən bildirmişlər ki, tədbir vətəndaşları ADA-da təhsil alan ölkələrin təqdimatları çərçivəsində Rossotrudniçestvo nümayəndələrinin iştirakı ilə rusiyalı tələbələr tərəfindən təşkil edilmişdir.

Tələbələr Rusiyanın coğrafiyası, siyasi sistemi, inzibati ərazi bölgüsü, iqtisadi göstəriciləri, mədəni və etnik tərkibi haqqında məlumat vermişlər.

Sonra rus mədəniyyətini öyrənən azərbaycanlı tələbələrin  iştirakı ilə konsert olmuşdur. Tədbir iştirakçılarını ənənəvi rus mətbəxinin yeməklərinə qonaq etmişlər. Rusiya Gününə 70-dən çox adam, o cümlədən tələbə və müəllimlər, akademiyanın işçiləri və qonaqlar qatılmışlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video