09:13 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Diplomatik Akademiyasında məzunlar ilə görüş keçirilmişdir
ANA SƏHİFƏ / TƏHSIL
02:02 15.02.2012

 

Fevralın 14-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) magistratura proqramı ilə maraqlanan məzunlarla görüş olmuşdur.

AzərTAc xəbər verir ki, ADA-nın tələbə qəbulu şöbəsinin əməkdaşı Samirə Ağayeva akademiya haqqında təqdimatla çıxış etmişdir. Bildirmişdir ki, altı il bundan əvvəl yaradılmasına baxmayaraq, ADA dünyada böyük nüfuz qazanan bir təhsil ocağıdır. Burada bakalavr proqramına keçən ildən başlanılmışdır. Hazırda akademiyada təhsil alanların 40 faizini əcnəbi tələbələr təşkil edir. Akademiya keçən ildən "Erasmus Mundus" təhsil proqramına qoşulmuşdur. Bu isə tələbələrə təhsillərini dünyanın nüfuzlu universitetlərində davam etdirmək imkanı yaradır.

Təqdimatda magistratura proqramına qəbul qaydaları barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, hazırda akademiyada yalnız beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura pilləsi vardır. Gələn ildən isə ADA beynəlxalq münasibətlər və biznesin idarəedilməsi magistr proqramları üzrə də abituriyentləri qəbul edəcəkdir.

Akademiyanın Bakıda tikilən kampusunun layihəsi haqqında da məlumat verən S.Ağayeva onun 2012-ci ilin sentyabrında istifadəyə veriləcəyini bildirmişdir.

S.Ağayeva tədbirdə iştirak edən akademiyanın ilk məzunlarının artıq dövlət və beynəlxalq qurumlarda işlədiklərini də diqqətə çatdırmışdır. Bildirilmişdir ki, bu məzunların arasında ADA-nın vakansiya layihəsindən keçib hazırda akademiyada çalışanlar da vardır.

Akademiyanın ilk məzunları Aygün Hüseynli, Əhməd Hümbətov və digərləri magistratura proqramı ilə maraqlananlara ADA-da tələbə həyatı haqqında ətraflı məlumat verməklə yanaşı, uğurlu təhsil və karyera əldə etmək üçün tövsiyələrini vermişlər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM