05:41 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Diplomatik Akademiyası 5-ci yubiley «Təhsil və karyera» sərgisində iştirak edəcəkdir
ANA SƏHİFƏ / TƏHSIL
07:10 06.10.2011

 

Azərbaycan Diplomatik Akademiyası (ADA) oktyabrın 6-dan 8-dək Bakıda təhsil xidmətləri, gənclərin peşəkar istiqamətləndirilməsi və məşğulluğu sahəsində regionun ən iri tədbiri olan 5-ci yubiley Azərbaycan Beynəlxalq "Təhsil və karyera" ("Education and Career") sərgisində iştirak edəcəkdir. 

Azərbaycan Diplomatik Akademiyasından AzərTAc-a bildirmişlər ki, sərgidə ADA-nın stendində təhsil ocağının bu il başlayan beynəlxalq münasibətlər və biznesin idarəolunması üzrə bakalavr proqramları, 2009-cu ildən həyata keçirilən diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramı (MADİA), ixtisasartırma layihələri (Xarici Siyasət Proqramı və Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi Proqramı) barədə ətraflı məlumat əldə etmək mümkün olacaqdır. Burada, həmçinin ADA-da təhsil alan tələbələrin təcrübəsindən bəhrələnmək imkanı yaradılacaqdır.

ADA-nın tələbələri yayda ABŞ, Avstriya, Rusiya, İtaliya, Gürcüstan və digər ölkələrə səfərlər edirlər, ATƏT-in mənzil qərargahı, ABŞ-ın tanınmış araşdırma mərkəzləri, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində və digər müvafiq qurumlarda təcrübə keçirlər.

Seçilmiş tələbələr Böyük Britaniyanın Qlazqo Universitetinə və İsveçrənin Cenevrə Təhlükəsizlik Araşdırmaları Mərkəzinə bir semestrlik mübadilə proqramlarına göndərilirlər.

ADA-nın MADİA proqramında azərbaycanlı tələbələrlə yanaşı, Çexiya, Meksika, Pakistan, Rusiya Federasiyası, ABŞ, Macarıstan,  Gürcüstan, Ukrayna və digər ölkələrin vətəndaşları da təhsil almışlar və alırlar. 

Stenddə, həmçinin ADA Kitab Mərkəzində həyata keçirilən mədəni-ictimai tədbirlər haqqında da məlumat əldə etmək mümkün olacaqdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM