25 Oktyabr 2011 02:10
426
İQTİSADİYYAT
A- A+

Azərbaycan daxil olan internet-trafikin sürətinəgörə dünyada 107-ci yeri tutmuşdur

 

Azərbaycan "Speedtest" şəbəkəsini yaradan "Ookla" şirkətinin "Net Index" reytinqinə daxil olan internet-trafikin sürətinə görə 107-ci yeri tutmuşdur. Nəticələr sentyabrın 21-dən oktyabrın 20-dək aparılan araşdırmalar əsasında əldə edilmişdir. Sınaqların keçirilməsi üçün 156 min 513 internet protokol (IP) ünvanı seçilmişdir.

"Net Index" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 2,79 Mbit/s təşkil edir. Bakı üzrə bu göstərici 2,84 Mbit/s, Sumqayıt üzrə isə 2,31 Mbit/s-dir.

Reytinqdə Azərbaycanın 20 internet-provayderi və rabitə operatorlarının statistik göstəriciləri yer almışdır. Araşdırmaların aparıldığı müddətdə qeyd edilən provayder və operatorların şəbəkələrində daxilolma trafikinin maksimal sürəti 7,15 Mbit/s ("Eurosel" şəbəkələrində), minimal sürət isə 1,02 Mbit/s ("Datacell") olmuşdur.

Azərbaycan çıxan internet trafikin reytinqinə görə 113-cü yeri tutmuşdur. Burada istifadəçilər şəbəkəyə 0,94 Mbit/s sürəti ilə qoşulurlar. Bakı üzrə bu göstərici 0,94 Mbit/s, Sumqayıt üzrə isə 0,70 Mbit/s təşkil edir.

Çıxan internet trafikin reytinqində, həmçinin Azərbaycanın 20 internet-xidmət provayderinin və rabitə operatorlarının statistik nəticələri yer almışdır. Araşdırmaların aparıldığı müddətdə onların şəbəkələrində çıxan trafikin maksimal sürəti 3,41 Mbit/s (Azərbaycan Təhsil Şəbəkəsində), minimal sürət isə 0,50 Mbit/s (Azerbaijan Data Network) qeydə alınmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video