00:31 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan cüdoçusu Hidayət Heydərov dünya çempionatında bürünc medal qazanıb Prezident İlham Əliyev Milli Gimnastika arenasında yarışlara baxıb
ANA SƏHİFƏ / TƏDBIRLƏR
19:24 22.09.2018

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri sentyabrın 22-də Milli Gimnastika arenasında keçirilən yarışları izləyiblər.

Çempionatın üçüncü günündə də yarışlar gərgin idman mübarizəsi şəraitində keçib. Cüdoçularımızdan yalnız 73 kiloqram çəki dərəcəsində Hidayət Heydərov yarımfinala qədər addımlaya bilib. İraqlı Sajjad Sehenlə qarşılaşan və onu ipponla məğlub edərək 1/16 finala vəsiqə qazanan idmançımız bu mərhələdə Monako idmançısı Sedrik Bessinə yenə də ipponla qalib gəlib. Növbəti mərhələdə tacikistanlı Bəhruzi Xocazodaya qalib gələn cüdoçumuz çempionatın 1/4 finalına vəsiqə qazanıb. Bu mərhələdə də rəqibindən üstün olan Hidayət Heydərov Monqolustan idmançısı Odbayar Qanbaatarı məğlub edib. Bununla da Bakıda keçirilən cüdo üzrə dünya çempionatında yarımfinala vəsiqə qazanan ilk Azərbaycan idmançısı Hidayət Heydərov olub. O, bu mərhələdə Yaponiya idmançısı Haşimito Soiçi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 21 yaşlı idmançımız Hidayət Heydərov məğlub olsa da, üçüncü yer uğrunda mübarizədə monqolustanlı rəqibi Tsoqtbaatar Tsend-Oçirə qalib gəlib. Beləliklə, Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Hidayət Heydərov dünya çempionatını üçüncü pillədə başa vurub.

Qeyd edək ki, 125 ölkənin iştirak etdiyi cüdo üzrə dünya çempionatında 460 kişi və 298 qadın idmançı mübarizə aparır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM