04:41 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazanıb Prezident İlham Əliyev Milli Gimnastika Arenasında final görüşünə baxıb
ANA SƏHİFƏ / TƏDBIRLƏR
20:45 26.09.2018

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer sentyabrın 26-da Milli Gimnastika Arenasında keçirilən yarışları izləyiblər.

Çempionatın yeddinci günündə də yarışlar gərgin idman mübarizəsi şəraitində keçib. Cüdoçularımızdan yalnız 100 kiloqramdan yuxarı çəki dərəcəsində Uşanqi Kokauri finala qədər addımlaya bilib. Uşanqi Kokauri belaruslu Vladislav Tsiarpitskiyə, Polşa idmançısı Masiey Sarnackiyə, çexiyalı Lukas Krpalekə və özbəkistanlı Bekmurod Oltıboevə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə gürcüstanlı Quram Tuşişviliyə məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənib.

2016-cı ildə Avropa kubokunun qalibi olan Uşanqi Kokauri həmin il Kazanda keçirilən Avropa çempionatının bürünc medalını qazanıb.
Qeyd edək ki, 125 ölkənin iştirak etdiyi cüdo üzrə dünya çempionatında 460 kişi və 298 qadın idmançı mübarizə aparır.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM