01 Aprel 2014 05:04
493
PARLAMENT
A- A+

Azərbaycan-Avstriya əlaqələrinin bütün sahələrdə inkişafı çox sevindiricidir

Aprelin 1-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Avstriya Milli Şurasının nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Oqtay Əsədov qədim tarixə malik olan Azərbaycan-Avstriya münasibətlərinin inkişafının məmnunluq doğurduğunu söyləmişdir. Əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin rolunu xüsusi vurğulayan Oqtay Əsədov demişdir ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər zamanı aparılan danışıqlar, imzalanmış sənədlər hərtərəfli əməkdaşlığın genişlənməsi üçün möhkəm hüquqi baza yaratmışdır.
Milli Məclisin sədri dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi vurğulamışdır. Son 10 ildə Azərbaycanda bütün sahələrdə müşahidə olunan sürətli inkişafdan söhbət açan O.Əsədov ölkəmizin Avropaya inteqrasiyası sahəsində çox mühüm işlərin görüldüyünü diqqətə çatdırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən sədr beynəlxalq ictimaiyyətin bu problemin həlli istiqamətində daha ciddi səy göstərməsinin vacibliyini vurğulamışdır. O, bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Buna baxmayaraq işğalçı dövlətə heç bir sanksiya tətbiq edilmir.
Avstriya Milli Şurasının ikinci prezidenti Karlheinz Kopf səfər zamanı nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. O, qeyd etmişdir ki, xalqlarımız arasında əlaqələrin qədim tarixi vardır və münasibətlərimizin bu gün də bütün sahələrdə inkişaf etməsi çox sevindiricidir.
Qonaq Azərbaycanın qısa müddətdə bu qədər nailiyyət qazanmasını yüksək qiymətləndirmiş və Avropaya inteqrasiya istiqamətində ölkəmizə daim dəstək göstərməyə hazır olduqlarını söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video