27 Sentyabr 2013 03:09
490
PARLAMENT
A- A+

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir

 

Sentyabrın 26-da Milli Məclisin Sədri Oqtay Əsədov Böyük Britaniya nümayəndə heyətinin üzvlərini qəbul edib. Görüşdə Azərbaycan-Böyük Britaniya əlaqələri müzakirə olunub, Azərbaycan parlamenti və onun strukturu ilə bağlı qonaqları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin Sədri Oqtay Əsədov nümayəndə heyətini salamlayaraq bu səfərin dost ölkələr arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirib. Qeyd edib ki, Azərbaycanla Böyük Britaniyanın əlaqələrinin qədim tarixi var. Hazırda bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər iki ölkə tərəfindən böyük addımlar atılır. Bu baxımdan dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrarası münasibətlərin yüksəlişində mühüm rol oynayır: "Şadıq ki, siyasi əlaqələrimizlə yanaşı, iqtisadi əməkdaşlığımız da yüksək səviyyədədir. Ötən ilin nəticələrinə görə, Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 800 milyon dollardan çox olmuşdur. Həmin göstərici cari ilin altı ayı ərzində isə 700 milyon dollara yaxınlaşmışdır. Bu, iqtisadi tərəfdaşlığımızın yüksək səviyyədə olmasının göstəricisidir. Hazırda ölkəmizdə 150-dən çox Böyük Britaniya şirkəti uğurla fəaliyyət göstərir".

Oqtay Əsədov hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərdiyini xatırladıb. Vurğulayıb ki, dostluq qrupunun üzvlərinin də qarşılıqlı səfərləri ümumi əlaqələrin inkişafına dəstək olur: "Azərbaycanın xarici siyasətinin əsasını Avropaya inteqrasiya təşkil edir. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Bu yaxınlarda təsdiq olunmuş TAP və təsdiqi gözlənilən TANAP layihələri imkan verəcək ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsindəki rolunu daha da artırsın. Hadisələrin gedişi də göstərir ki, Azərbaycan bu sahədəki rolunu gündən-günə artırır".

Sədr daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Qeyd edib ki, bu münaqişə nəinki Azərbaycanın, Avropanın da təhlükəsizliyinə təsir göstərir: "Ancaq biz hələ də ümudlərimizi itirməmişik. İnanırıq ki, bu problem beynəlxalq hüquq çərçivəsində öz həllini tapacaq. Güman edirik ki, bu məsələdə Böyük Britaniya da öz əlindən gələn dəstəyi əsirgəməyəcək".

Böyük Britaniyanın nümayəndə heyətinin təmsilçisi, Baş nazirin ticarət üzrə səfiri və Lordlar palatasının üzvü Lord Risbi Azərbaycan parlamentarilərinə yaradılan yüksək şəraitdən danışıb. Bildirib ki, hətta Böyük Britaniya parlamentində lordlara bu cür şərait yaradılmayıb. Daha sonra Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolundan danışan Lord Risbi qeyd edib ki, bu məsələ günün əsas müzakirə mövzularından biridir.

Sonda qarşılıqlı maraqlardan doğan məsələlər müzakirə edilib.

 

Elgün MƏNSİMOV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video