17 Iyun 2014 09:06
439
Elm və texnika
A- A+

Azәrbaycan vә Almaniya alimlәri Qafqazda seysmoloji tədqiqatların nəticələrini müzakirə etmişlәr

Azәrbaycan vә Almaniya alimlәri Qafqazda seysmoloji tədqiqatların nəticələrini müzakirə etmişlәr.

Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya vә Geofizika İnstitutunda (GGİ) Almaniyanın Potsdam şəhərində yerləşən Helmholdz adına Geoloji Elmlər üzrə Tədqiqatlar Mərkəzinin (GETM) mütəxəssisləri ilә görüş keçirilmişdir.
AMEA-nın Geologiya və Geofizika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki tədbiri giriş sözü ilə açan bu elm müəssisəsinin hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov Qafqaz dağlarında aparılmış araşdırmaların nəticələri haqqında ətraflı məlumat vermişdir.
Sonra GETM-in region məsələləri üzrə direktor müavini Vorqan Misinger, elmi içraçı heyətinin üzvü Lüdviq Stroinq, erkən xəbərdarlıq xidməti şöbəsinin əməkdaşı Marko Pilz, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin direktoru Nikola Uliş çıxış edərək nümayiş etdirilən nəticələri yüksək qiymətləndirmişlər.
Qonaqlar öz növbəsində Mərkəzi Asiyada seysmologiya və geodinamikaya aid apardıqları tədqiqatların nəticələrindən bəhs etmişlər. Geoloji hadisələrin tədqiqinə dair təqdimatları nümayiş etdirən tərəflər informasiya mübadiləsi aparmışlar. Həmçinin nəticələr müqayisə olunmuş və təhlil edilmişdir.
Xəzər dənizinin səviyyə dəyişmələri, ekoloji vəziyyəti və geomüxtəlifliyi istiqamətində həyata keçirilmiş tədqiqatlar da görüşün müzakirə obyektlərindən olmuşdur.
Sonda qeyd olunan sahələrdə səyləri cəmləşdirmək və birgə tədqiqatlar aparmaq üçün imkanlar araşdırılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video