AZANS “Maverick Awards 2021” beynəlxalq mükafatının münsiflər heyətinə seçildi
“Azərbaycan Hava Yolları”
QSC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində fəaliyyət göstərən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) “Maverick Awards 2021” beynəlxalq mükafatının münsiflər heyətinə seçildi. CANSO beynəlxalq aeronaviqasiya təminatı provayderləri təşkilatı tərəfindən təsis edilən bu mükafat aeronaviqasiya sahəsində əldə edilən uğurlara görə təqdim olunur.
“Maverick Awards 2021” beynəlxalq mükafatı CANSO aeronaviqasiya sahəsində mühüm nailiyyətlərə, uğurlara, innovasiyalara, habelə aeronaviqasiya və hava hərəkətinin təşkili (HHT) sahəsində dayanıqlı inkişafa görə təqdim edilir.
Belə ki, münsiflər tərəfindən kateqoriyalara görə verilən ballara əsasən, hər nominasiya üzrə təqdim olunan müsabiqə işləri ən yüksək qiymətləndirmədən aşağıya doğru sıralanır. Müsabiqənin sonunda münsiflər tərəfindən “Maverick Awards 2021” mükafatının qalibləri müəyyən edilir.
Bu mükafat yeni parlaq fikirlər nümayiş etdirmək üçün, habelə ətraf mühitə müsbət töhfəni qəbul edən və bütün aviasiya və HHT sahəsinin təkmilləşdirilməsinə təkan verən özünəməxsus platformadır.
Mükafat üç nominasiya üzrə təqdim olunur:
* Əməkdaşlığa görə mükafat;
* İnnovasiyalara görə mükafat;
* Dayanıqlı inkişafa görə mükafat.
Nominasiyalar üzrə namizədlərin seçilməsi və münsiflik prosesi “Maverick Awards”ın münsiflər heyəti tərəfindən açıq və şəffaf meyarlar əsasında həyata keçirilir.
Münsiflər heyətinə “Air Traffic Control Association” (ATCA) assosiasiyası və “Civil Air Navigation Services Organization” (CANSO) təşkilatının nümayəndələri qəbul edilir. Bunlar geniş təcrübəyə və biliklərə malik, aeronaviqasiya xidmətləri provayderləri sıralarından olan, aviasiya və elm sahələrinin tanınmış liderləridir
Qeyd edək ki, ATCA və CANSO müstəqil və qərəzsiz münsiflərdən ibarət komandanın təşkili üçün namizədlərin seçimi prosesinə diqqətlə yanaşır.
06 oktyabr 2021-ci il tarixdən etibarən, abunəçilərin istək və tələbatlarını nəzərə alaraq, “Biznesim IoT 50 MB” və “Biznesim IoT 100 MB” tariflərində 30 günlük istifadə müddətindən əvvəl internetdən istifadə həcmi bitdikdə müvafiq həcm avtomatik olaraq yenilənəcək.
Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, “Biznesim IoT 50 MB” və “Biznesim IoT 100 MB” tarifləri, o cümlədən tariflərin başqası ilə əvəzetmə və imtina qaydası və “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DNT xəstəliklərin diaqnostikası və müalicəsi üçün çox vacibdir
09 Avqust
Himalay Məmişov: birdəfəlik ödəmələrin verilməsində son dərəcə humanist yanaşma var
09 Avqust
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
09 Avqust
Hikmət Hacıyev: İşğaldan sonra Laçında ermənilərin qanunsuz məskunlaşdırılması aparılıb...
09 Avqust
Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənib
09 Avqust
FHN: Babadağ dağında həlak olduğu bildirilən şəxsin axtarışında drondan istifadə edilir
09 Avqust
Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib
09 Avqust
Gənclər və idman naziri İslamiadada iştirak edən stolüstü tennis komandasının üzvləri ilə görüşüb ...
09 Avqust
İslamiada: Komandamız növbəti medalını təmin edib
09 Avqust
Ümumdünya Şahmat Olimpiadası: Kişi şahmatçılarımız son turda Serbiya yığmasını məğlub ediblər...
09 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!