19:12 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AZAL Təl-Əvivə xüsusi uçuşların icrasına başlayır

ANA SƏHİFƏ / ELANLAR
00:53 22.06.2021


İyul ayının 11-dən “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı - Təl-Əviv - Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirməyə başlayacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən aldığımız məlumatda bildirilir  ki, qeyd olunan marşrut üzrə uçuşlar hər həftənin bazar günləri həyata keçiriləcəkdir.

Biletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, İsrail vətəndaşları 21 iyun tarixindən etibarən aşağıdakı sənədləri təqdim etdikdə Azərbaycana səyahət edə bilərlər:

- tam peyvənd olunmaları barədə sertifikat (COVID-19 pasportu) və ya xəstəlikdən sağalmaları barədə sertifikat;

- həmçinin uçuşdan əvvəl 72 saat ərzində rəsmiləşdirilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi barədə arayış.

18 yaşınadək İsrail vətəndaşları Azərbaycana hava yolu ilə gəldikdə yalnız PCR testinin neqativ nəticəsi barədə arayış təqdim edə bilərlər, bir yaşınadək uşaqlar üçün sertifikat və arayışın təqdim edilməsi tələb olunmur.

Bu istiqamət üzrə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları İsrail ərazisinə giriş hüququna malik olmalıdırlar.

Sərnişin Təl-Əvivdən Bakıya səyahət etdiyi zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş klinika və ya laboratoriyalardan hər hansı birində verə bilər. PCR testinin neqativ nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodunun olması arzu ediləndir. Belə kodun mövcudluğu hava limanında daha sürətli keçidə kömək edəcəkdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM