06 Noyabr 2021 01:48
1723
ELANLAR
A- A+

AZAL Səudiyyə Ərəbistanının Ciddə şəhərinə xüsusi reyslər yerinə yetirəcək

 

5 noyabr 2021-ci il, Bakı - “Azərbaycan Hava Yolları” Milli aviadaşıyıcısı Ciddəyə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, uçuşlar noyabrın 25-dən etibarən həftədə bir dəfə, cümə axşamı günləri Airbus A319/Airbus A320 hava gəmilərində yerinə yetirəcək.

Aviabilet satışı aviaşirkətlərin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcıların akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Reyslərə yalnız COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən mövcud məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. Səudiyyə Ərəbistanına səyahət planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Səudiyyə Ərəbistanına giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-saudi-arabia

Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin rəsmi saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics

Səudiyyə Ərəbistanının şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19 testini dövlət tərəfindən akkreditə olunmuş və PCR testi vasitəsilə analiz götürən istənilən klinikada və ya laboratoriyada keçmək mümkündür. Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə olunur. QR-kod hava limanında rəsmiləşdirmə prosedurlarından keçidi sürətləndirməyə imkan yaradacaq.

COVID-19 testinin nəticələri uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video