05 Sentyabr 2021 18:56
588
CƏMİYYƏT
A- A+

Aydın Kərimov: Şuşanın tarixi görkəminin bərpası istiqamətində ciddi addımlar atılır  

Əziz şuşalılar, uzun müddət sürən ayrılıqdan sonra müqəddəs Qarabağ torpağına ayağınızı basdınız, doğma şəhərinizə qovuşdunuz. Ötən il Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük müharibənin sonunda möhtəşəm Zəfər qazandı və hər kəsə möcüzə kimi görünən bir döyüşlə Şuşanı azad etdi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirəm. Şuşalıları doğma torpaqlarında görmək həm qürurvericidir, həm də xoşbəxtlikdir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

Aydın Kərimov deyib: “Şuşa dirçəlir, yenidən qurulur və şəhərin abadlaşdırılması dövlətimizin başçısının xüsusi diqqətindədir. İşlər sürətlə aparılır. Siz öz doğma şəhərinizin getdikcə daha da gözəlləşməsinin və dirçəlməsinin şahidi olacaqsınız. Arzumuz odur ki, tezliklə öz doğma yurdunuza qayıdasınız. Vaqif Poeziya Günləri çərçivəsində Prezident İlham Əliyev tərəfindən Şuşada ilk yeni yaşayış kompleksinin təməli qoyulub. Orada gözəl və Şuşa memarlıq üslubuna uyğun olan evlər tikiləcək və sizlər oranın sakinləri olacaqsınız.

Şuşanın tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması istiqamətində ciddi addımlar atılır. Burada Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi fəaliyyətə başlayıb. Hamımız bir nəfər kimi bu işdə əlimizdən gələni əsirgəməyəcəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video