06 Sentyabr 2018 11:09
1117
Səhiyyə
A- A+

Ayaqda ağrılar: səbəblər, diaqnostika, profilaktika


Ayaqda ağrılar müxtəlif xəstəliklərin əlaməti kimi özünü büruzə verə bilər.
AZƏRTAC rus tibb saytlarına istinadən xəbər verir ki, bu ağrılar iti, key və ya uzun sürən xarakterli ola bilər. Ağrılar əzələ, damar, oynaq və nevroloji xəstəliklər, eləcə də travmalar səbəbindən meydana gələ bilər.

Səbəbləri

Qan qatılığı zamanı ağırlıq və gərginlik hiss etdirən, uzun sürən key ağrılar olur. Bu proses bir neçə müddət davam etdikdə aşağı ətraflarda damar genişlənməsinə səbəb olur. Ağrılar adətən axşama doğru başlayır.
Hamam, sauna, vanna qəbulu kimi isti mühitdə də ayaqlarda ağrı hiss oluna bilər. Qadınlarda bunun baş vermə səbəbi əsasən hormonal pozuntulardır. Estetik olaraq da bu bir sıra problemlərə səbəb olur. Belə ki, ayaqlarda damar düyünləri və kapillyarlar yarana bilər.

Tromboflyubitə (damar xəstəliyi) xarakterik olan iti ağrılar, güclü döyüntü və yanğı hissidir.

Ateroskleroz arteriyaları zədələyir, qan damarlarının qalınlaşmasına səbəb olur. Bu problemdən əziyyət çəkənlər adətən əzələlərin və ayaq barmaqlarının əsasən gəzərkən sıxılmasından şikayət edirlər. Bəzən bu hisslər axşam vaxtı daha qabarıq olur.
Onurğa problemləri bir qayda olaraq ayaqda ağrılara da səbəb olur. Adətən bu fəqərəarası disk yırtığı zamanı özünü daha qabarıq büruzə verir. Bu təbəqəyə oturaq sinirin iltihabı səbəbindən əmələ gələn problemlər də aiddir.
Yaşlı dövrə, o cümlədən orqanizmdəki sistem xəstəlikləri səbəbindən müxtəlif damar patologiyaları inkişaf edir ki, bunlar da ayaqda ağrılara səbəb olur.
Düzdaban xəstəliyi də ayaqda ağrıya səbəb ola bilər. Bundan əlavə bu problem ayaqların tez yorulması, ağırlıq hisslərinə də səbəb olur. Periferik sinir sistemi xəstəlikləri iti, dalğavarı ağrılarla müşahidə olunur. Nevroloji tutmalar ağrı olmadan bir neçə saniyə, dəqiqə və ya saat davam edə bilər. Ən şiddətli ağrılar adətən əzələ iltihabı zamanı baş verir, ən qorxulu və ağır fəsadlarla nəticələnə biləcək ağrılar isə müxtəlif infeksiyalar səbəbindən yaranır.
Aşağı ətrafların travmaları da ağrısız keçmir.

Diaqnostika

Ayaq ağrılarına görə xəstəliyi müəyyən etmək düzgün deyil. Bunun üçün tam kliniki müayinədən keçmək mütləqdir.

Profilaktika

Ayaq damarlarında yaranan patologiyanın profilaktikası, ilk növbədə, ürək-damar sistemində meydana çıxan problemlərin qarşısını almağa kömək edir. Mütəmadi olaraq idmanla məşğul olmaq orqanizmdə qan axımını tənzimləyir. Qarın əzələlərinin bərkidilməsi də ayaqlarda ağrıların, eləcə də onurğa problemlərinin qarşısını ala bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video