25 Oktyabr 2021 14:02
1339
CƏMİYYƏT
A- A+

AY.4.2 variantı “delta” ştamının submutasiyasıdır

 

Koronavirus digər viruslar kimi nəinki ildən-ilə, hətta aylarla mutasiyaya uğrayacaq və belə də davam edəcək. Mutasiyaya uğramış variantın özünü necə göstərməsi gedişatdan sonra məlum olacaq. Yeni AY.4.2 variantı “delta” ştamının submutasiyasıdır. Orada əsas fərq virusun özünün zülalının, yəni spayk proteininin dəyişikliyə uğramasıdır. Ona görə də yeni mutasiyaya uğramış variantlar hazırda uşaqlar arasında da yayılmaqdadır. Çində ortaya çıxan COVID-19 virusu uşaqlarda yayılmırdı. Hazırda spayk proteinində gedən dəyişikliklərə əsasən uşaqlarda yoluxma riski artır. Lakin buna görə panikaya düşmək lazım deyil. Mutasiyaya uğramış variantlar əvvəlkilərə nisbətən daha sürətlə yayılsa da, yəni yoluxuculuğu daha yüksək olsa da, bu, o demək deyil ki, öldürücü olacaq, daha çox ağırlaşma verəcək. Uzun illər əvvələ nəzər saldıqda görürük ki, bütün viruslar mutasiyaya uğradıqca tam əksinə olaraq zəifləyir, yoluxuculuğu artsa da, xəstəliyin gedişatına bir o qədər təsir göstərmir və ağır hal qeydə alınmır. Bu virusun özünü necə aparacağını isə zaman göstərəcək.

AZƏRTAC xəbər verir ki, bunu həkim Mətanət Cəfərova deyib.

Həkimin sözlərinə görə, hələ ki, mövcud vaksinlər mutasiyalara da təsirlidir. Əgər vaksinlər yeni mutasiyalara təsir etməzsə və həmin variantlar daha çox populyasiya arasında yayılarsa, ola bilər ki, gələcəkdə yeni peyvəndlər kəşf olunsun: “Submutasiya variantının ölkəmizdə olması hələ ki, təsdiqini tapmayıb. Bəzi ölkələrdə yayılsa da, ölkəmizə gəlib-gəlməyəcəyi və ya gələrsə, özünü necə göstərəcəyi bəlli deyil. Mövcud peyvəndlərin hamısı yeni variantlara qarşı da keçərli və effektivdir. Sevindiricidir ki, əhali məlumatlıdır və vaksinasiyaya qoşulanların sayı kifayət qədərdir. Məsləhət görərdim ki, xüsusilə xəstəliyi heç keçirməyənlər mütləq surətdə vaksinasiya olunsunlar. Risk qrupuna daxil olanların iki dozadan altı ay sonra üçüncü dozanı vurdurması da tövsiyə olunur. Bütün vətəndaşların isə şəxsi gigiyenaya əməl etməsi, sosial məsafəni qoruması və fərdi qoruyucu vasitələrdən düzgün istifadə etməsi önəmlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video