19:51 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avstriyanın Federal Kansleri istefa verəcəyini açıqlayıb
 
ANA SƏHİFƏ / DÜNYA
10:29 10.10.2021

Avstriyanın Federal Kansleri Sebastian Kurts Avstriya Teleradiosundakı (ORF) çıxışında istefa verəcəyini və parlamentdə təmsil etdiyi Avstriya Xalq Partiyasının fraksiya rəhbəri olacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, hökumətin yeni rəhbəri xarici işlər naziri Aleksander Şallenberq olacaq. O, eyni zamanda partiya sədrliyini də öz üzərinə götürəcək.

S. Kurts açıqlamasında bildirib ki, ölkənin rifahı onun üçün hər şeydən üstündür və onun şəxsinə qarşı yönəlmiş ittihamlara görə hökumətin fəaliyyətsiz qalmasını istəmir. Xüsusilə pandemiya dövründə ölkənin işlək hökumətə böyük ehtiyacı var.

Koalisiyalı hökumətdə təmsil olunan Yaşıllar Partiyası S. Kurtsun bəyanatına hələlik açıqlama verməyib. Partiya sədri Verner Koqler bu vəziyyətə razı olduqlarına və ya bütün hökumətin istefaya getməli olduğuna aydınlıq gətirməlidir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM