05 Oktyabr 2021 13:54
422
DÜNYA
A- A+

Avropada təbii qazın qiyməti tarixi rekordu yeniləyib

 

Avropa bazarında təbii qazın qiyməti min kubmetrə görə 1200 dolları ötərək tarixi rekordu yeniləyib.

AZƏRTAC xəbər verir ki, ICE Futures marketində ticarətin açılışında maksimum qiymət 1228,8 dollar təşkil edib. Amma Bakı vaxtı ilə saat 10:17-də müqavilələr 1250 dollara yaxınlaşıb. Bu da bazar ertəsi gününün hesablaşma qiymətlərindən 7,6 faiz yüksəkdir.

Son həftələr Avropa bazarında qazın qiyməti kəskin şəkildə artıb. Əgər avqustun əvvəlində 1000 kubmetr yanacağın tədarük qiyməti 515 dollar səviyyəsində idisə, bir ay sonra bu rəqəm artıq 614 dollara yüksəlmiş, sentyabrın sonlarında isə qiymət iki dəfə bahalaşmışdı.

Ekspertlərin fikrincə, kəskin qiymət artımı qitədə qaz anbarlarının doluluğunun aşağı səviyyədə olması, əsas təchizatçılar tərəfindən təklifin məhdudlaşması və Asiyada sıxılmış təbii qaza yüksək tələbatla bağlıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video