12 Sentyabr 2013 04:09
236
PARLAMENT
A- A+

Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri Milli Məclisdə olmuşlar

 

Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi üzrə Robert Uolterin başçılıq etdiyi Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri sentyabrın 11-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşlər.

AzərTAc xəbər verir ki, Oqtay Əsədov AŞPA-nın Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının prezident seçkilərində müşahidəçi kimi iştirakından məmnunluğunu bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycanın seçki təcrübəsi ilbəil təkmilləşir və ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün yaxşı hüquqi baza formalaşdırılmışdır. Diqqətə çatdırılmışdır ki, Azərbaycan Avropa Şurasının 56 sənədini ratifikasiya etmişdir.

Oqtay Əsədov oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Avropa Şurası ilə yanaşı, digər bir sıra beynəlxalq qurumların da müşahidəçi qismində iştirak edəcəyini diqqətə çatdırmışdır.

Robert Uolter Azərbaycanda keçiriləcək prezident seçkilərini 30 parlament üzvünün izləyəcəyini qeyd etmişdir. Azərbaycan-Avropa Şurası əlaqələrindən danışan R.Uolter 2014-cü ildə ölkəmizin quruma sədrlik edəcəyini və şuranın komitə iclaslarından birinin Bakıda keçiriləcəyini bildirmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video