02:50 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avropa Şurası ilə Azərbaycan arasında əlaqələr inkişaf edir
ANA SƏHİFƏ / SİYASƏT
07:09 03.09.2011

 

Sentyabrın 2-də ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirqurides jurnalistlərlə brifinq keçirmişdir.

Kristos Pirqurides ölkəmizlə Avropa Şurası arasında əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə etmişdir. O, 5 il əvvəl də Bakıda olduğunu, ötən müddət ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini bildirmişdir.

AŞ PA-nın Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri bildirdi ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində önəmli işlər görülmüşdür. Ölkədə həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, Azərbaycan demokratik dövlətdir.

Brifinqdə Kristos Pirqurides Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq demişdir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi Avropa dəyərlərinə və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Hesab edirəm ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Ermənistan işğalçılıq mövqeyinə son qoymalıdır ki, bölgədə sülh və əmin-amanlıq təmin edilsin.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM